İDMAN


UEFA Çempionlar Liqası: həftənin ən yaxşı qolu müəyyənləşib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərində vurulan qolların arasında ən yaxşısı seçilib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, İngiltərənin "Liverpul" komandasının futbolçusu Sadio Manenin səkkizdəbir finalda səfərdə Almaniya "Bavariya" klubunun qapısından vurduğu qol həftənin ən yaxşısı seçilib. Seneqallı futbolçu səsvermə nəticəsində danimarkalı Lasse Şöne (“Ayaks”, Hollandiya), serbiyalı Dusan Tadiç (“Ayaks”, Hollandiya) və argentinalı Lionel Messini (“Barselona”, İspaniya) qabaqlayıb.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbəyə əsasən "Liverpul" qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.