ELM VƏ TƏHSİL


UFAZ: 538 bakalavr distant tədrisə cəlb olunub

Bakı, 9 aprel, AZƏRTAC

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsilin davamlılığının təmin edilməsi məqsədilə bütün dərslər distant şəkildə tədris olunur.

UFAZ-dan AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağı distant tədris təcrübəsini yerli və əcnəbi müəllimlərin iştirakı ilə davam etdirir. Bütün müəllimlər “Microsoft Teams” platformasından istifadə edirlər. Bu günə qədər UFAZ üzrə 538 bakalavr distant tədrisə cəlb olunub.

Xatırladaq ki, UFAZ-da distant təhsilin tətbiqinə 2018-ci ildən start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.