ELM VƏ TƏHSİL


UNEC Kitabxana-İnformasiya Mərkəzi vebinar keçirəcək

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə mayın 23-də “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinar keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, vebinarda Türkiyə universitetlərindən aparıcı mütəxəssislər Dördüncü Sənaye İnqilabı dövründə Türkiyənin qabaqcıl akademik kitabxanalarının fəaliyyəti, kitabxana proseslərində yeni texnoloji həllər, beynəlxalq məlumat bazaları və onların kitabxanalar arasında ortaq istifadəsi məsələləri, kitabxanalarda bibliometrik və elmmetrik tədqiqatlar, yeni kitabxana xidmətlərinin tətbiqi və digər maraqlı mövzularla çıxış edəcəklər.

Vebinarı UNEC-in rəsmi feysbuk səhifəsində və yutub kanalında izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.