ELM VƏ TƏHSİL


UNEC-də “Nə? Harada? Nə zaman?” intellektual yarışı başa çatıb

 Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və “İqtisadçı” intellektual klubunun təşkilatçılığı ilə 18 oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tələbələr arasında keçirilən yarışda 30 komanda iştirak edib. “Prometey” komandası 32 xalla qalib gəlib. İkinci yerə “Replicants”, üçüncü yerə “Hell Bells” komandası layiq görülüb.

Qalib komandaların hər bir üzvünə kubok, diplom, pul mükafatı və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.