ELM VƏ TƏHSİL


UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurası üzvlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq keçirilən tədbirin əsas məqsədi qış imtahan sessiyası dövründə şəffaflığın və obyektivliyin daha effektiv təmin edilməsi, müraciət və sorğuların operativ cavablandırılmasıdır.

“Açıq qapı” günü hər bir vətəndaş UNEC-ə gələrək sual və müraciətini birbaşa rektora ünvanlaya bilər. Tanınmış ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rektor, professor Ədalət Muradov tələbələri və digər vətəndaşları qəbul edərək, imtahan sessiyası ilə bağlı onların müraciətlərini dinləyib. Bəzi müraciətlər yerində həll edilib, digərlərinin operativ araşdırılıb tədbir görülməsi məqsədilə rektor aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib.

Qeyd edək ki, UNEC-də imtahanlara nəzarəti ictimaiyyət nümayəndələrinin, ekspertlərin, jurnalistlərin üzvü olduğu İctimai Nəzarət Şurası həyata keçirir. Hər kəs şikayət və təkliflərini, onları narahat edən sualları şuraya ünvanlaya bilər. “Açıq qapı” günləri imtahan sessiyasının sonunadək davam edəcək. Görüşlər hər həftənin şənbə günü keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.