ELM VƏ TƏHSİL


UNEC-də ingilis dili müəllimləri üçün vakansiya

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, ingilis dili müəllimi vəzifəsində çalışmaq istəyənlər CV-ni və təsdiqedici sənədləri mayın 17-dək [email protected]  ünvanına göndərə bilərlər.

Müraciət edənlər üçün əsas tələb ixtisas üzrə magistr dərəcəsi, beynəlxalq dil sertifikatları, xüsusilə IELTS 7 (yazı və danışıq göstəricisi minimum 6.5), TOEFL (min 95) sertifikatının olmasıdır.

Pedaqoji təcrübəsi, innovativ tədris və təlim metodlarından istifadə bacarığı, pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı, eləcə də ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları üzrə bilik və bacarıqları olan namizədlərə üstünlük veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.