MƏDƏNİYYƏT
ÜZEYİR HACIBƏYOVA MƏXSUS YENİ EKSPONATLAR ƏLDƏ EDİLİB
Muzeyin direktoru Səadət Qarabağlı AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, muzeyin yaradıcısı və uzun illər rəhbəri olmuş mərhum Ramazan Xəlilovun oğlu Rüfət Xəlilovun atasının şəxsi arxivindən tapdığı həmin materiallar arasında Üzeyir Hacıbəyovun öz dəst-xətti ilə qələmə aldığı tərcümeyi-halı, ilk azərbaycanlı fizioloq Azad Əmirovun, aktyor Hüseynqulu Sarabskinin, görkəmli sənətkarlar Leopold Rostropoviçin, Niyazinin ölməz bəstəkara yazdıqları məktublar, Üzeyir bəyin dörd hissəli naməlum əsərinin eskizi, əsərlərinin yayılması ilə bağlı imzaladığı müqavilələr, məruzə və çıxışlarının tezisləri, “Qızılgül”, “Novruzu” milli rəqs havalarının nota köçürülmüş əlyazmaları vardır.
Yeni eksponatların çox qiymətli və əziz olduğunu, üzeyirşünaslığa gətirəcəyi yenilikləri xüsusi vurğulayan Səadət Qarabağlı demişdir ki, ev muzeyi çox darısqal olduğundan həmin əlyazmaları və sənədlər fondda saxlanılacaqdır. Lakin gələcəkdə həmin materiallarla tanış olmaq istəyən musiqisevərlər üçün lazımi şərait yaradılacaqdır.