CƏMİYYƏT


Ucar rayon sakininin evində dörd kiloqramdan çox marixuana aşkarlanıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Alpout kənd sakini, əvvəllər məhkum olunmuş Nəriman Abbasov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman narkotik vasitə olan marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə N.Abbasovun yaşadığı evin zirzəmisindən əlavə olaraq 4 kiloqram 125 qram marixuana götürülüb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan rayon sakini, əvvəllər məhkum olunmuş Adil Musayevdən 480 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.