DÜNYA
Ukraynada mer seçkilərinə namizədlərin qeydiyyatı başlayıb
Kiyev, 15 sentyabr, AZƏRTAC
Ukrayna Mərkəzi Seçki Komissiyası sentyabrın 15-dən yerli seçkilərə namizədlərin qeydiyyatına başlayıb.
AZƏRTAC Ukrayna MSK-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, mer vəzifəsinə namizədlərin qeydiyyatı sentyabrın 24-dək davam edəcək.
Oktyabrın 23-dək namizədlərin təbliğat-təşviqat kampaniyası davam edəcək, oktyabrın 25-də isə yerli seçkilər keçiriləcək.
Noyabrın 3-dək isə MSK yerli seçkilərin nəticələrini açıqlayacaq.
Qeyd edək ki, “Reytinq” təşkilatının apardığı rəy sorğusuna əsasən, yerli seçkilərdə ən şanslı partiyalar Kiyev meri Vitali Kliçkonun rəhbəri olduğu “UDAR” partiyası 28,6 faiz səslə birinci, sabiq Prezident Poroşenkonun rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyası 14 faiz səslə ikinci, hakim “Xalqın xidmətçisi” partiyası isə 10,7 faiz səslə üçüncü yeri tutur.
Seçkilər Ukraynanın 24 bölgəsində aparılacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev