MƏDƏNİYYƏT


Ukraynanın Lvov şəhərində Azərbaycan mədəniyyəti təbliğ edilib

Lvov, 11 dekabr, AZƏRTAC

Ukraynanın Lvov şəhərində Azərbaycan mədəniyyətinin təbliği məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, dahi mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi çərçivəsində tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycan və Ukraynanın dövlət himnləri ilə başlayıb. Sonra çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, “Nəsimi ili” çərçivəsində dünyanın bir çox ölkələrində silsilə tədbirlər keçirilib. Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağacın əkilməsi aksiyası xarici ölkələrin müxtəlif qurumları tərəfindən alqışlanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Ukraynada da bir sıra tədbirlər keçirilib. Bütün bunlar Azərbaycan mədəniyyətini, Nəsimi irsinin təbliğinə xidmət edir.

Tədbirdə digər çıxışçılar hər iki ölkə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından söz açıblar.

Sonra tədbir Azərbaycan və Ukrayna sənətçilərinin konsert proqramı ilə davam edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Lvov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.