SİYASƏT


Ukraynanın daha bir tanınmış telekanalında Cocuq Mərcanlıdan hazırlanmış reportaj yayımlanıb VİDEO

Kiyev, 13 fevral, AZƏRTAC

Ukraynanın daha bir tanınmış telekanalında Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən hazırlanmış xüsusi reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, 1+1 telekanalında yayımlanmış reportajda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrə yaradılan şəraiti qeyd edib. Jurnalist bildirib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində müasir tipli qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid, poliklinika inşa olunub.

Süjetdə Cocuq Mərcanlı kəndində parlament seçkiləri ilə bağlı yaradılan şərait, səsvermə prosesi də yer alıb.

Xatırladaq ki, “UKRAYNA” telekanalında da Cocuq Mərcanlı kəndindən reportaj yayımlanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.