DÜNYA
Ukraynanın hərbi silah bazası yaxınlığında pilotsuz uçuş aparatı məhv edilib
Kiyev, 9 yanvar, AZƏRTAC
Ukraynanın hərbi silah bazasının yaxınlığında pilotsuz uçuş aparatının kəşfiyyat apardığı müəyyənləşdirilib.
AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 8-də radioelektron vasitələri hərbi silah bazalarının birində pilotsuz aparatla uçuş həyat keçirildiyini aşkarlayıb və dərhal aparat zərərsizləşdirilib. Bundan dərhal sonra hərbi komandanlıq bazanın mühafizəsini gücləndirib və əraziyə baxış keçirilib.
Baş verən insidentlə bağlı Ukrayna Təhlükəsizlik Xidmətinə məlumat verilib.
Qeyd edək ki, son vaxtlar Ukraynanın hərbi baza və silah-sursat anbarları yaxınlığında pilotsuz uçuş aparatından istifadə halları artıb. Son bir ildə Ukraynanın ən böyük hərbi silah anbarlarında güclü partlayışlar baş verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev