CƏMİYYƏT


Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixin dərsləri” layihəsinə start verilib

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Tarixin dərsləri” layihəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, layihənin ilk qonağı müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev olub.

Müzakirələrdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, siyasi və dövlət xadimi kimi təcrübəsindən, vətəndaşlıq mövqeyindən, dövlətimizin möhkəmlənməsi və inkişafı üçün atdığı addımlardan bəhs edilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Akademiyanın rektoru Fuad Hacıyev, Akademiyanın tələbə və müəllim heyəti, Gənclər evlərinin rəhbərləri və metodistləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İdarə Heyətinin üzvləri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəalları və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.