İDMAN


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həndbol üzrə rayon turnirinə start verilib

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həndbol üzrə yeniyetmələr arasında ənənəvi rayon turnirinə start verilib.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışdan əvvəl Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov və Göygöl rayonunun İcra hakimiyyətinin nümayəndəsi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Açılış mərasimində çıxış edən federasiya prezidenti Saleh Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkə idmanının inkişafında əvəzsiz rolundan və əldə olunan nəticələrdən söz açıb. Ulu Öndərin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışan federasiya rəhbəri onun xatirəsinə həsr olunmuş yarışa qatılan həndbolçulara uğurlar arzulayıb.

Turnirdə Gəncə, Mingəçevir, Göygöl, Qazax və Ağstafadan ümumilikdə 6 komandasının 70-ə yaxın yeniyetmə həndbolçusu qələbə uğrunda mübarizə aparır.

Yarışları federasiyanın prezidenti Saleh Məmmədovla yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev də izləyib.

Qeyd edək ki, turnirdə ilk 3 yeri tutan həndbolçulara diplom və hədiyyələr təqdim olunacaq. Qalib və mükafatçılar sentyabrda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.