Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ulu Öndərin hakimiyyətə qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi

Lənkəran-Masallı-Cəlilabad-Lerik, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 18-də ölkəmizin cənub bölgəsində Dövlət Müstəqilliyi günü bayram sevinci ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli iftixarıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqı özünün tarixi nailiyyəti olan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü təntənə ilə bayram edir.

1991-ci il avqustun 30-da Azərbaycan parlamentində müstəqillik haqqında Bəyannamənin, oktyabrın 18-də isə Konstitusiya Aktının qəbul edildiyini vurğulayan T.Qaraşov 1918-ci ildə olduğu kimi, 1991-1993-cü illərdə də müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqı nicat yolunu dahi rəhbər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında gördü. Xalq özünün xilaskarına üz tutaraq, onu təkidlə yenidən siyasi rəhbərliyə qayıtmağa çağırdı. Doğma xalqına qəlbən bağlı olan Ulu Öndər ömrünün qalan hissəsini də xalqına bağışladı. Heydər Əliyev ölkəni düşdüyü ağır vəziyyətdən çıxardı, milli dövlətçiliyimizi yox olmaq təhlükəsindən qurtardı.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz tərəqqi yolundadır. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu ildən-ilə artır. Bölgələrimiz inkişaf edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu işdə mühüm rol oynayır. Bunu Lənkəran rayonunun timsalında da görmək mümkündür.

Tədbirdə şəhər icra hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşovun mövzu ilə bağlı məruzəsi dinlənilib.

Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Vüsal Nəsirli, Lənkəran Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədri Ramil Niftullayev, rayon ağsaqqallar şurasının üzvü Ramazan Quliyev, gənclər və idman idarəsinin rəis müavini Elbəy Fətəliyev və başqaları çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi töhfələrdən, 25 illik müstəqillik dövründə ölkəmizin daxili və xarici siyasətində qazanılmış uğurlardan bəhs ediblər.

X X X

Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.

Xalqın illər boyu özündə yaşatdığı istiqlal ideyasını gerçəkləşdirən tarixi şəraitdən, müstəqillik uğrunda aparılan mübarizədən və bu müstəqilliyin qorunub möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışan N.Muxtarlı bildirib ki, XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün də yeni üfüqlər açdı, xalqımız ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ qazandı.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində respublikamızın regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanıb, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib.

Toplantıda çıxış edən Mahmudavar kənd orta məktəbinin tarix müəllimi, Əməkdar Müəllim Musarza Mirzəyev, rayon veteranlar şurasının sədri Məmmədağa Şiriyev, Böyük Xocavar kənd tam orta məktəbinin tarix müəllimi Həlimə Əhmədova, aprel döyüşlərinin iştirakçısı, rayonun Xırmandalı kəndindən olan Mansur Quliyev və Kalinovka kənd tam orta məktəbinin tarix müəllimi Raqil Babayev müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən və onun qorunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıblar.

X X X

Cəlilabadda keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.

1991-ci il oktyabrın 18-nin respublikamızın tarixində yeni mərhələnin başlanğıcı olduğunu vurğulayan Ə.Əzizov müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndərin siyasi kursu bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına diqqət və qayğısı nəticəsində respublikanın hər bir guşəsində olduğu kimi, Cəlilabadda da böyük tikinti-quruculuq işləri həyata keçirilir.

Çıxış edənlər ötən əsrin 90-cı illərində dövlət müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirərək, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi, respublikamız özünün inkişaf yoluna çıxdı, beynəlxalq aləmdə söz-nüfuz sahibinə çevrildi.

X X X

Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol” mövzusunda məruzəsi dinlənilib.

Rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edən R.Bağırov deyib ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək, öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib.

Dövlət müstəqilliyimizin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirən R.Bağırov Ulu Öndərin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atdığı addımlardan, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatlarından, insan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Diqqətə çatdırılıb ki, keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır.

R.Bağırov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirildiyini, ölkədə ictimai-siyasi sabitliyin hökm sürdüyünü, əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb.

Elmi-praktik konfransda rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov “Müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu”, Lerik şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Hüseynbala Əliyev “Təhsilimizə 25 ilin zirvəsindən baxış”, gənclər və idman idarəsinin rəisi Natiq İsaqov “Müstəqil Azərbaycan cəmiyyətinin qurulmasında gənclərin rolu”, Lerik şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Şəhla Məmiyeva “Müstəqilliyin möhkəmləndirilməsində Azərbaycan qadınının rolu”, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov “Müstəqilliyimiz əbədidir” mövzularında çıxış ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

® “AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi