CƏMİYYƏT


Ümumdünya Gömrük Təşkilatının baş katibi “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, agentliyin sədri Ülvi Mehdiyev qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı ölkəmizlə təşkilat arasındakı ikitərəfli əlaqələrdən bəhs olunub və müvafiq sahələr üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sonda qonaqlar “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.