CƏMİYYƏT


Ümummilli Lider Heydər Əliyevin ideyaları gənclər siyasətinin əsasıdır

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin ideyaları gənclər siyasətinin əsasıdır” mövzusunda 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Xətai rayon təşkilatında keçirilən tədbiri Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə gənclər siyasətinin uğurlarından geniş bəhs edib. Bildirib ki, gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək gənclərimizi keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərirdi. Həmin dövr, eyni zamanda, hərbi kadrların yetişdirilməsinin prioritetliyi ilə də diqqətdən kənarda qalmadı. Belə ki, Ümummilli Liderin böyük səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası qoyuldu”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan gəncləri ölkəmizi bütün sahələrdə ən yüksək səviyyədə təmsil edirlər. Diqqəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə yönəldən Vüqar Rəhimzadə gənclərimizi müasir müstəqil, qalib Azərbaycanın uğurlu gələcəyi naminə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb.

Digər çıxış edənlər - Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və başqaları ölkəmizdə mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasətinin gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradığını bildiriblər.

Sonda YAP Xətai rayon təşkilatının bir qrup fəal gəncinə Fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.