SİYASƏT
Ümummilli Liderin əziz xatirəsi İstanbulda da ehtiramla anılıb
İstanbul, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilib.
Mərasimdə baş konsul Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədrinin müavini Hüseyn Coşqun, konsulluğun və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri iştirak ediblər.
Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və tər güllər düzülüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul