İDMAN
Uşaq Paralimpiya Hərəkatının “Valideyn Klubu” üçün təqdimat olub
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) “İstanbul Ortopedi Medikal Sağlıq Ürünləri İmalat və Satışı” MMC-nin təsisçisi, iş adamı, protez-ortez üzrə ali dərəcəli mütəxəssis Davud Kahramanın iştirakı ilə Uşaq Paralimpiya Hərəkatının “Valideyn Klubu” üçün təqdimat olub.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, təqdimatda fiziki məhdudiyyətli idmançıların istifadəsi üçün nəzərdə tutulmuş ortopedik məmulatlar, protezlər, avadanlıqlar və reabilitasiya ləvazimatları nümayiş edilib.
Görüşə AMPK-nın tibb mütəxəssisi Saday Abdullayev, “Valideyn Klubu”nun koordinatoru Ülkər Əlizadə və idmançıların valideynləri qatılıblar.
Təqdimatdan sonra valideynlərə və qonaqlara AMPK-nın 25 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” adlı roman təqdim edilib.