MƏDƏNİYYƏT


Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinə start verilib

Bakı, 17 may, AZƏRTAC

Ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin İsmayıllı rayonunda birinci mərhələsi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Şamaxı şəhər, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ və Zərdab rayonlarından olan uşaq musiqi və incəsənət məktəblərində təhsil alan xalq çalğı alətləri ifaçıları iştirak ediblər.

Qeyd edək ki, sözügedən müsabiqə 2 turdan ibarətdir. Müsabiqənin əsasnaməsinə müvafiq olaraq bölgələr üzrə I mərhələ mayın 15-31-də, II mərhələ isə iyunun 7-9-da Bakı şəhərində təşkil ediləcək.

Nəzərinizə çatdıraq ki, Gəncə, Şəki və Lənkəran şəhərlərində, İsmayıllı, Bərdə və Quba rayonlarında müsabiqənin birinci mərhələsi çərçivəsində tar, saz və kamança ixtisasları üzrə ustad dərsləri keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.