Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Uşaqlar arasında aritmiya, infarkt halları artıb

Uşaqlar arasında aritmiya, infarkt halları artıb

Bakı, 8 iyul, AZƏRTAC

Uşaq kardiologiyası pediatriyanın çətin sahələrindən biridir. Ürəyi qüsurlu uşaqlara vaxtında diaqnoz qoymaq, bu xəstəliyi vaxtında aşkarlamaq həkimlərdən böyük məsuliyyət tələb edir. Dünya Səhiyyə Təşkilatının (DST) statistik göstəricilərinə əsasən demək olar ki, həm böyüklər, həm də uşaqlar arasında ürək-damar xəstəliklərinin sayı getdikcə artmaqdadır. Bəs bunun səbəbi nədir? Valideynlər hansı hallarda həkimə müraciət etməlidirlər? Bu və ya digər suallara Azərbaycan Tibb Universitetinin (ATU) elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, Əməkdar Elm Xadimi, professor İbrahim İsayev aydınlıq gətirib.

AZƏRTAC ATU-nun mətbuat xidmətinə istinadla həmin müsahibəni təqdim edir.

-Həm böyüklər, həm də uşaqlar arasında ürək-damar xəstəliklərinin sayının artmasının əsas səbəblərindən biri məhz insanlar arasında bu patologiyanın daha çox yayılması ilə deyil, bizim diaqnostik imkanlarımızın artması ilə əlaqədardır. Böyüklərdən fərqli olaraq, uşaqlarda bu xəstəlikləri müəyyənləşdirmək çətindir. Belə ki, uşaqlar böyüdükcə onların ürəyində müəyyən inkişaf uyğunsuzluqları müşahidə olunur. Böyüklərdə bu xəstəliyin əlamətləri daha tez bəlli olur, uşaqlarda isə tam əksinədir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq ürəyin özünün də həm funksional, həm də morfoloji böyüməsi yaşa uyğun gedir. Hər yaşda heç də ürəyin bütün hissələri paralel şəkildə böyümür, bu zaman müəyyən uyğunsuzluqlar meydana gəlir. Hazırda müayinə üsullarının informativliyinin artması ilə əlaqədar əksər hallarda pediatr-kardioloq olmayan həkimlər - böyüklərə baxan kardioloqlar bunu patologiya kimi qiymətləndirirlər. Əslində isə bu patologiya deyil. Uşaqların böyüməsi ilə əlaqədar ürəkdə əmələ gələn bu və ya digər dəyişikliklərdir. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, bizim sahəmiz çətindir.

- Uşaqlarda hansı yaş dövründə bu xəstəliklərə daha çox rast gəlinir?

- Son zamanlar anadangəlmə ürək qüsuru ilə doğulan uşaqları daha çox müşahidə edirik. Sonrakı yaşlarda, əsasən məktəbəqədər dövrdə ürək-damar sistemi tərəfindən ilk vaxtlarda aşkar edilməyən anadangəlmə ürək qüsurları, inkişaf uyğunsuzluqları meydana çıxa bilər. Məktəb yaşlarında isə funksional ürək-damar sistemi xəstəliklərinin tezliyi və qazanılma intensivliyi getdikcə artır.

-Uşaqların ürək qüsuru ilə doğulmasında ətraf mühit və digər amillərin nə kimi təsiri var?

-Populyasiyada uşaqlarda anadangəlmə ürək qüsurları 0,8-1 faiz təşkil edir, yəni hər 100 doğulan uşaqdan təqribən birində anadangəlmə ürək qüsuru patologiyası müşahidə olunur. Bunun da diaqnostikası, yaranma səbəbləri və qarşısının alınması səhiyyəmizin qarşısında duran ən əsas problemlərdən biridir. Bu xəstəliyin yaranma səbəblərinə gəlincə, mən deyərdim ki, bu, multifaktorlu, yəni çoxsəbəbli bir patologiyadır. Bunun əmələ gəlməsində konkret olaraq hər hansı bir amil əsas rol oynamır. Amma əksər hallarda (70-80 faiz) genetik faktorun rolu xüsusi vurğulanır. Əgər valideynin birində ürək-damar sistemində problem varsa, uşaqda da bu özünü büruzə verəcək. Qalan 20 faizi isə digər səbəblər təşkil edir. Bura əsasən ananın özünün sağlamlıq vəziyyəti, xüsusilə də anada şəkərli diabetin olması, arterial hipertenziya, qan azlığı, qəbul edilən dərman preparatları, sinir sistemi xəstəlikləri, sosial şərait, stres, gərginlik, qidalanma kimi amillər daxildir. Əgər ilk uşaqda anadangəlmə ürək qüsuru varsa, ikinci uşaqda 30 faiz, üçüncü uşaqda isə 50 faiz bu xəstəliyin yaranma ehtimalı olduğunu demək olar. Yəni valideynlərin, ən əsası da ananın sağlamlığı əsas rol oynayır.

-Analara məsləhətiniz nədir?

-İlk növbədə ailə qurarkən gənclər mütləq genetik müayinədən keçməlidirlər. Hazırda ölkəmizdə bununla bağlı ciddi işlər görülür. Hər bir cütlüyün evlənmədən öncə tibbi müayinədən keçməsi mütləqdir. Bu, bir çox xəstəliklərin, eləcə də genetik xəstəliklərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. İkincisi, evlənənlər gələcək ailələrinin sağlamlığının qorunmasının qeydinə qalmalıdırlar. Zərərli amillərdən kənar olmaq vacib şərtdir. Bunlardan başlıcası isə narkotik vasitələrdən, geni dəyişdirilmiş qida məhsullarından (GMO), yarımfabrikatlardan qorunmaqdır. Əsasən qız uşaqları üçün bu amillər vacibdir. Bəzi analar qızlarının uşaq vaxtı hansısa xəstəliyi keçirdiyinə fikir vermirlər. Amma onlar bilməlidirlər ki, bunun da gələcəkdə hansısa xəstəliyin yaranmasında birbaşa rolu var. Bundan əlavə, uşaqlarda anadangəlmə ürək qüsurlarının olmaması üçün hamiləlik zamanı dölün ürəyinin vəziyyəti yoxlanılmalıdır. Bu hallarda 12-ci və 20-ci həftədə dölün ürəyində olan qüsuru Fetal Exokardioqrafiya (Fetal Exo) ilə yoxlamaq mümkündür. Yoxlama zamanı uşaq hələ ana bətnində ikən onda ürək qüsurunun olub-olmaması aşkar edilə bilər.

-Uşaq hələ ana bətnində olarkən belə qüsur aşkarlanarsa, nə kimi tədbirlər görülə bilər?

-Əgər kobud qüsur varsa, yəni bunun sonradan korreksiyası mümkün deyilsə, bu zaman hamiləliyin pozulması məsləhət görülür. Ya ana uşağın belə ağır qüsurla dünyaya gəlməsinə razı olmalıdır və sonradan bu problemlə mübarizə aparmalıdır, ya da hamiləliyə son verməlidir. Son vaxtlar Azərbaycanda qəribə bir tendensiya yaranıb. Hər kəsi övladının cinsiyyəti maraqlandırır, hətta imkan olmasa belə bunun üçün maddi vəsait axtarıb tapır. Amma bir dəfə də olsun həmin hamilə qadın USM-də uşağının ürəyində hansısa bir problemin olub-olmadığını yoxlatdırmır. Hamilə bilməlidir ki, 20 həftəyə qədər uşağının ürəyi tam formalaşır, bunu yoxlatdırıb uşağında hansısa bir problemin olub-olmadığını bilməsi vacib şərtdir. Bu zaman yarana biləcək ağır qüsurların qarşısını almaq olar.

-Elə olubmu ki, belə bir hal aşkarlansın və ana hamiləlikdən imtina etsin?

-Bəli, bununla bağlı hətta statistik göstəricilər də var. Hamilə qadın mütləq hamiləliyin ilk mərhələsində Fetal Exokardioqrafiyadan (Fetal Exo) keçib, dölün ürəyinin vəziyyətini yoxlatdırmalıdır. Əgər dölün ürəyinin vəziyyətində həyati uyuşmaz qüsur varsa, bu, valideynə mütləq şəkildə çatdırılır. Son qərar isə valideynin özündən asılıdır. Mən həkimlik fəaliyyətim dövründə hələ ki, belə bir vəziyyətlə qarşılaşmamışam.

- Valideynlər uşaqlarda hansı əlamətlərinə görə anadangəlmə ürək qüsurunun olduğunu müəyyən edə bilərlər?

-İlk olaraq qeyd edim ki, hamiləlik dövründə analar uşağın hərəkətinin necə olmasından, həmçinin müayinələr zamanı bunu müəyyən edə bilər. Müayinə zamanı dölün də ürək döyüntülərinin olub-olmaması və necə formalaşmasını yoxlatdırmaq vacib şərtdir. Uşaq anadan olandan sonra onun inkişafdan geri qalması həmin uşaqda ürək qüsurunun olmasının göstəricilərindən biridir. Ananın döşünü əmərkən uşağın tez yorulması, uşaq 15 dəqiqədən az əmirsə, bu, ürək-damar sistemi patologiyasını göstərir. Bu, ilk əlamət sayılır. Bəzən bunun tənəffüs patologiyasından da asılı olduğunu deyə bilərik. Çəkinin, boyun ləng artması, uşağın başını gec tutması, gec iməkləməsi, qucağa meyillilik, adi bir hərəkətdə uşağın rənginin dəyişməsi və s. kimi hallar da onda bu xəstəliyin əlamətlərinin başlıca faktorlarıdır. Bunlar iki qrupa bölünür: ağ və göy qüsurlar. Göy qüsurlar asanlıqla aşkar oluna bilər. Belə ki, uşaq ağladığı zaman bunu müəyyən etmək olur. Digərində isə valideynlər daha diqqətli olmalıdırlar, uşağın inkişafına və buna uyğun olaraq çəki artımına fikir verməlidirlər. Ən əsası isə uşağın tez-tez xəstələnməsidir. Bunu bəzən analar soyuqdəymə kimi qəbul edirlər. Amma ola bilsin ki, bu da ürəkdə olan problemlə əlaqədardır.

-Belə uşaqları müalicə etmək mümkündürmü?

-Anadangəlmə ürək qüsurları özü də ağırlıq dərəcəsinə görə bölünür. Elə uşaqlar var ki, onlara anadan olan kimi cərrahi müdaxilənin edilməsi mütləqdir, amma elə problemlər var ki, onlar 1 yaşa qədər gözlənilməlidir. Uşaqlarda yüngül qüsurlar zamanı onları tez-tez müayinələrdən keçirtməklə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq olar. Valideynlər uşaqlarını 5 yaşına qədər ildə bir dəfə mütləq kardioloji müayinədən keçirməlidirlər. Çünki vaxtında uşaqların müayinəyə gətirilməsi bir çox problemlərin vaxtında aşkarlanmasına və buna qarşı effektiv tədbirlərin görülməsinə kömək edəcək. Uşaqların özü tərəfindən olan hansısa bir şikayəti isə valideyn qulaqardına vurmamalıdır. Şikayət hansısa bir bədən üzvündə funksional deyil, üzvi dəyişiklik əmələ gəlməklə başlaya bilər. Bu zaman ürək öz funksiyasını lazımınca yerinə yetirə bilmək iqtidarında olmayacaq.

-Məktəbli yaşında uşaqlarda hansı ürək xəstəlikləri geniş yayılıb?

-Uşaqlarda anadangəlmə ürək qüsurlarından sonra ən çox yayılan xəstəlik növü aritmiyalardır. Hələ 20-30 il əvvəl heç kim uşaqlarda aritmiyanın olmasını ağlına belə gətirə bilməzdi. Hazırda uşaqlar arasında aritmiya, işemiya (infarkt) hallarına daha çox rast gəlinir. Ona görə ki, o zamanlar səhiyyəmiz o qədər də inkişaf etməmişdi və bizim belə xəstəlikləri ortaya çıxarmaq üçün diaqnostik imkanlarımız məhdud səviyyədə idi. Böyüklərdən fərqli olaraq, uşaqların ürəyi işemiyaya dözümlü olur. Ona görə də diaqnoz qoymaq çətin idi. Amma indi səhiyyəmiz daha sürətlə inkişaf edir, bir çox xəstəxanalarımız müasir standartlara cavab verən cihazlarla təmin olunub. Bunun sayəsində biz uşaqlarda hələ ana bətnində olarkən belə qüsurları- işemiyaları aşkarlaya bilirik. Aritmiyalar əksər vaxtlarda sonradan qazanılmış patologiyalar hesab olunur. Aritmiyaların əmələ gəlməsində əsas səbəblər isə uşağın keçirdiyi xəstəliklər, sinir amili pozulması, vegetativ pozğunluqlardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır