MƏDƏNİYYƏT


Uşaqlar üçün “Nağıl saatı” keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialında uşaqları kitabxanaya cəlb etmək və onların mütaliəyə marağını artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Nağıllar aləminə səyahət” başlığı altında “Nağıl saatı” keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Nağıl saatı”nda uşaqlar üçün tanınmış yazıçı Gülzar İbrahimovanın “Dostlaşmış nağıllar”ı səsləndirilib.

Sonra balacalar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.