İDMAN


Uşaqlar, yeniyetmələr, gənclər və böyüklərin fudokan üzrə kəmər üçün dərəcə imtahanlarının nəticələri elan edilib

Bakı, 28 noyabr, AZƏRTAC

Dünya Fudokan Federasiyasının Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəliyinin təqvim planına uyğun olaraq uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kəmər üçün dərəcə imtahanları veriblər.

AZƏRTAC xəbər verir ki, Fudokan Mərkəzinin idmançılarından Hüseyn Ağayev 4-cü, Nizami Tağızadə, Ayxan Əliyev 5-ci, Raul Qasımzadə 7-ci, Ömər Şirinov, Telman Məlikov, Yusif Əlizadə, Fidat Qurbanlı, Amid Şirinov isə 8-ci kyu kəmər dərəcələrinə layiq görülüblər.

Dərəcələr idmançılarımıza Bakı Karate-do Akademiyasının fəxri prezidenti, ədliyyə müşaviri, prokuror Məmməd Əliyev və Dünya Fudokan Federasiyasının Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi, 5-ci dan qara kəmər sahibi Vüsal Abdullazadə təqdim ediblər.

Qeyd edək ki, V.Abdullazadə Dünya Fudokan Federasiyasının qurucusu, 10-cu dan qara kəmər sahibi, tibb elmləri doktoru, professor, ehtiyatda olan general-leytenant rütbəli zabit İliya Yorqa tərəfindən keçirilən imtahanda 5-ci dan qara kəmərə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.