ELM VƏ TƏHSİL
Üzüm və şərab ustası ixtisası üzrə təhsil alan tələblərin istehsalat təlimləri davam edir
Bakı, 12 aprel, AZƏRTAC
İsmayıllı Peşə Tədris Mərkəzinin üzüm və şərab ustası ixtisası üzrə təhsil alan tələbləri üçün “İsmayıllı Şərab-2” ASC-nin üzüm sahəsində istehsalat təlimləri davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, istehsalat təlimi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, İsmayıllı Peşə Tədris Mərkəzi və “İsmayıllı Şərab-2” ASC arasında imzalanmış memoranduma əsasən, tələbələrin istehsalat təlimi keçməsi məqsədilə müəssisə tərəfindən 2 hektar üzüm sahəsi tədris mərkəzinin istifadəsinə verilib.
Tələbələr üzüm sahəsində bütün işləri özləri yerinə yetirirlər.