MƏDƏNİYYƏT
“VARLI QADIN”...YAY QASTROLUNDAN QAYITMIŞDIR
Milli Akademik Dram Teatrının yaradıcı kollektivi respublikamızın cənub bölgəsinə qastrol səfərindən qayıtmışdır.
Teatrın truppa müdiri Məmmədşah Atayev AZƏRTAC-ın müxbirinə demişdir ki, qastrol müddətində sənətsevərlər sevimli aktyorların ifasında yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” iki hissəli komediyasının tamaşasına baxmışlar.
Qeyd olunmuşdur ki, rejissor Bəhram Osmanovun quruluş verdiyi tamaşada tanınmış səhnə ustaları - xalq artistləri İlham Namiq Kamal, Firəngiz Mütəllimova, əməkdar artistlər Mehriban Xanlarova, Əsgər Məmmədoğlu, gənc aktyorlar Rövşən Kərimduxt, Elşən Cəbrayılov və başqaları çıxış etmişlər.
İkigünlük qastrol zamanı teatr öz tamaşasının Lənkəran və Cəlilabad rayonlarında göstərmişdir.