SİYASƏT
“VAŞİNQTON POST”: ERMƏNİSTANIN QEYRİ-LEGİTİM PREZİDENTİ QARABAĞ MƏSƏLƏSİNİ HƏLL EDƏ BİLMƏZ
“Vaşinqton post” qəzetində dərc olunmuş “Ermənistanda prezident seçkiləri ABŞ-ın ciddi nəzarətindədir” sərlövhəli məqalədə ABŞ-ın Yerevandakı səfirliyinin əməkdaşı Kimberli Herqana istinadan verilmiş bu fikir bir çox cəhətdən rəsmi Vaşinqtonun Ermənistandakı seçkilərə münasibətini əks etidirir.
Bəzi ermənipərəst şəxslərin Azərbaycan ərazilərinin guya Dağlıq Qarabağın müdafiə qüvvələri tərəfindən tutulduğunu iddia etmələrinə rəğmən, məqalənin müəllifi Marqarita Antidze tamamilə aydın şəkildə və inamla yazır ki, həmin torpaqları Ermənistan silahlı qüvvələri işğal etmişlər. Məqalədə deyilir ki, bu region Birləşmiş Ştatlar üçün son dərəcə vacib olduğuna görə, rəsmi Vaşinqtonun Dağlıq Qarabağla bağlı münaqişənin həllinin uzadılmasından keçirdiyi narahatlığı başa düşmək olar.
Beləliklə, Amerikanın nüfuzlu qəzetinin fikrincə, seçkilərin nəticələri təkcə iqtisadiyyatı fəlakətli vəziyyətdə olan Ermənistanın özü üçün deyil, Cənubi Qafqaz regionunun və Birləşmiş Ştatlrın burada həyata keçirdiyi iqtisadi layihələrin gələcəyi üçün də əhəmiyyətlidir.