İDMAN


V İslamiada: Bəhreyn komandası 400 metr məsafəyə qarışıq estafet yarışlarında qalib olub

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında 400 metr məsafəyə qarışıq estafet yarışlarında qalib müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, məsafəni 3 dəqiqə 20 saniyəyə qət edən Bəhreyn komandası V İslamiadanın qalibi olub. Mərakeş millisi yarışı ikinci, Türkiyə komandası isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.