ELM VƏ TƏHSİL
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə davam edir: 15 namizəd uğur qazanıb
Bakı, 10 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlayan müsabiqənin müsahibə mərhələsi davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 4-ü saat 11:40-a olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 15 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələr iyulun 19-da başa çatacaq.
Qeyd edək ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.