ORDU
Vaqif Dərgahlı: Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir
Bakı, 16 iyul, AZƏRTAC
Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına Azərbaycanın Müdafiə Nazirliyi cavab verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a bildirib ki, Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə (HHM) qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir.
Eyni zamanda, Ermənistan tərəfi unutmamalıdır, ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər.