İDMAN


Vasif Durarbəyli niderlandlı şahmatçıya məğlub olub

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 29-da Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirinin doqquzuncu turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, doqquzuncu turda Azərbaycan şahmatçısı Vasif Durarbəyli ilə niderlandlı Yan Verle qarşılaşması təmsilçimizin məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, ötən turların nəticəsinə görə, şahmatçımızın aktivində cəmi 5,5 xal var. V.Durarbəyli bu göstəriciyə görə 43-cüdür. On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.