SİYASƏT


“Veçerniy Murmansk” qəzeti həmyerlilərimiz barədə yazır

Bakı, 15 sentyabr, AZƏRTAC

Rusiya Federasiyasının qəhrəman Murmansk şəhəri administrasiyası tərəfindən təsis edilmiş “Veçerniy Murmansk” qəzetində “Dünyanın o başına gedib çıxanlar” sərlövhəli məqalə dərc edilib.

Murmanskdakı “Azərbaycan” milli-mədəni muxtariyyətinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, məqalədə Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının Ağsaqqallar Şurasının üzvləri olan həmyerlilərimizin taleyindən bəhs edilir. Bu insanlar hamısı Murmanska sovet dövründə - 50, 40, 30 il bundan əvvəl gəlib, burada ailə qurub, Murmansk diyarına xas olan ənənələrin daşıyıcılarına çevriliblər. Onlar belə şəraitdə yaşamağın və insanlarla münaqişəsiz münasibətlər qurmağın üsullarını hamıdan yaxşı bilirlər.

Məqalənin müəllifi daha sonra ötən əsrin 90-cı illərində –Sovet İttifaqının dağılması ilə bağlı böhranlar və münaqişələr dövründə taleyin hökmü ilə Murmanska köçmüş həmvətənlərimiz barədə söhbət açır.

Həmyerlilərimizdən biri isə Azərbaycan plovunun hazırlanması reseptini gündəlik “Veçerniy Murmansk” qəzetinin oxucuları üçün paylaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.