İQTİSADİYYAT


Vergi bəyannamələrinin 90 faizə yaxını elektron formada təqdim olunur

Bakı, 12 fevral, AZƏRTAC

Vergiödəyiciləri tərəfindən təqdim edilən hesabat və vergi bəyannamələrinin 90 faizə yaxını elektron formada təqdim olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin vergiödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov deyib.

O qeyd edib ki, bu, həm vergiödəyiciləri ilə münasibətlərin düzgün qurulmasına və qarşıya çıxan çətinliklərin rahat şəkildə aradan qaldırılmasına, həm də düzgün təhlillərin aparılmasına və qiymətləndirmələrə geniş imkan yaradır.

Departament rəhbərinin sözlərinə görə, vergiödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə daim texnoloji yeniliklər tətbiq olunur. Vergilər Nazirliyinin Çağrı mərkəzi vergiödəyicilərinin müntəzəm müraciət etdiyi və çox geniş auditoriyası olan bir sistemdir. Bundan başqa, sahibkarlara Vergiödəyiciləri xidmət mərkəzləri vasitəsilə çoxşaxəli köməklik göstərilir.

E.Məmmədov, həmçinin vergiödəyicilərinə göstərilən ünvanlı xidmətlərlə bağlı vurğulayıb ki, bu, hansısa səbəblərdən xidmət mərkəzlərinə gedə bilməyənlərə, yaxud yeni qeydiyyatdan keçmiş vergiödəyicilərini əhatə edir: “Elə vergiödəyiciləri var ki, onlar vergi qanunvericiliyinin tələblərini lazımi səviyyədə bilmir, yaxud yeniliklərdən xəbərsizdirlər. Belə hallarda biz özümüz həmin vergiödəyicilərinə ünvanlı xidmət göstəririk ki, onlar bizneslərini qanunun tələblərinə uyğun qura və inkişaf etdirə bilsinlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.