İQTİSADİYYAT


Vergilər Nazirliyi İkinci Şopinq Festivalına tam hazırdır

Bakı, 12 oktyabr, C.Alışov, F.Şükürova, AZƏRTAC

Bakıda İkinci Şopinq Festivalının keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək. Budəfəki festival keçəndəfəki festivaldan fərqli olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri İkinci Şopinq Festivalına həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini bildirib ki, bu festivalın təşkili üçün Vergilər Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək. Bir sözlə, Vergilər Nazirliyi operativ olaraq festivala tam hazırdır.

Diqqətə çatdırılıb ki, budəfəki festivala artıq iki bank - AzərTürk Bank və Azərbaycan Beynəlxalq Bank xidmətlərini təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.