İQTİSADİYYAT


Vergilər Nazirliyinin əməkdaşları Almaniyada səfərdə olublar

Bakı, 7 dekabr, AZƏRTAC 

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi və Tədris Mərkəzinin əməkdaşları Kil Universitetinin dəvəti ilə Almaniyada səfərdə olublar.

Nazirliyin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC –a bildirilib ki, Vergitutma Bazasının Aşınmasına və Mənfəətin Vergitutmadan Yayındırılmasına qarşı mübarizə (BEPS) layihəsi ilə bağlı məsələlərə həsr olunmuş tədbirdə nazirliyin idarə rəisi Oqtay Yaqubov, Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və mərkəzin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov ölkəmizin vergi sistemi, eləcə də Tədris Mərkəzinin iş prinsipləri barədə təqdimatlarla çıxış ediblər.

Səfər zamanı Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Kil Universiteti arasında ikitərəfli münasibətlərin qurulması, birgə tədbirlərin keçirilməsi, Tədris Mərkəzinin əməkdaşlarının Kil Universitetində təcrübəyə cəlb olunması kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.