Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaş məktubları: Cənab Prezident, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq

Vətəndaş məktubları: Cənab Prezident, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq

Bakı, 12 noyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbə Azərbaycan vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza böyük sevinc və qürur hissi yaşadır. Onlar dövlətimizin başçısına ünvanladıqları məktublarda bu hisslərə görə minnətdarlıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Rusiyanın Novosibirsk şəhərindən Mayis Məmmədov yazır: “Cənab Prezident, Novosibirsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizə Azərbaycan dövlətinin lideri olaraq həyata keçirdiyiniz quruculuq fəaliyyətinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq qazandığınız zəfərlərə görə səmimi minnətdarlığımı bildirirəm. Sizin müasirlərinizin bəxti onda gətirib ki, biz Sizin rəhbərliyiniz altında həyata keçirilən, Azərbaycanın inkişafına, Azərbaycan xalqının mədəni və tarixi nailiyyətlərinin qorunmasına yönəlmiş yaradıcı fəaliyyətin şahidləriyik. Cənab Prezident, bütün Azərbaycan xalqı üçün əlamətdar hadisə - Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin azad olunması ilə bağlı səmimi təbriklərimi qəbul edin. 2020-ci il 8 noyabr Azərbaycan tarixinə əbədilik yazıldı. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu müqavilə regionda davamlı sülhə, əmin-amanlığa gətirib çıxaracaq və qan tökülməsinə son qoyacaqdır. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda ən uzunmüddətli münaqişələrdən biridir və bu gün onun sona çatması, ilk növbədə, döyüş meydanında qələbə qazanan, çoxillik işğaldan azad olunmuş torpaqlarını geri qaytaran Azərbaycan xalqı üçün tarixi hadisədir. Azərbaycan Respublikasının bütün vətəndaşları dini-etnik mənsubiyyətindən asılı olmayaraq, doğma torpaqlarda ədalətin zəfər çalması və haqqın bərpası üçün birləşdilər. Hörmətli cənab Prezident, Azərbaycan xalqının bu tarixi Qələbəsi, ilk növbədə, Sizin sayənizdə mümkün oldu. Siz dünya miqyaslı siyasətçi olaraq, öz xalqınızı hər zaman düzgün yola istiqamətləndirirsiniz. Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Biz – Sizin həmvətənləriniz, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, Sizi dəstəkləyir və Sizinlə fəxr edirik, Azərbaycanın rifahı naminə bundan sonra da əlimizdən gələn hər şeyi edəcəyik. Tarixi ədalətin bərpası, işğal edilmiş ərazilərin qaytarılması, bütün dünyada Azərbaycanın tarixi və mədəniyyəti haqqında obyektiv fikir formalaşması ilə bağlı Sizin qarşıya qoyduğunuz və uğurla gerçəkləşdirdiyiniz məqsədlər Vətənimizin ən yeni tarixinin formalaşmasına mühüm töhfədir. Möhtərəm cənab Prezident, Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Goranboy rayonundan Zümrüd Quluyevanın məktubunda deyilir: “Əziz Prezidentim, mən 9-cu sinifdə oxuyuram. Siz həsrətlə gözlədiyimiz ən şad xəbəri – Qarabağın azad olunması xəbərini bizə çatdırdınız. Bu sevinc hisslərini xalqımıza yaşatdığınız üçün Sizə sonsuz minnətdarıq. Sizi min yaşayın. Mən Sizinlə fəxr edirəm və qürur duyuram. Allah Sizi və Azərbaycan Ordusunu qorusun! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Ordumuza!”.

Oğuz rayonunun sakini Şahin İsayev: “Dəyanətli, məğrur Prezidentim, Müzəffər Ali Baş Komandan, Siz qətiyyətlə haqq-ədaləti bərpa edərək, xalqımızın inamını yenidən özünə qaytardınız. Sizi və müzəffər Azərbaycan Ordusunu Qarabağın tam azad olunması münasibətilə təbrik edirik. Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun! Qarabağ bizimdir!”.

Ağdam sakini Təbriz Aslanov: “Hörmətli cənab Prezident, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ və ətraf rayonların azad edilməsi üçün yürütdüyünüz siyasəti dəstəkləyirik. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımız yağı düşməndən təmizləndi. Sizə və şanlı Ordumuza təşəkkür edir və Allahdan qüvvət arzulayırıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Masallıdan Səfalı Paşayev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə əməl edərək işğal altındakı torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini işğaldan azad etdiniz. Bu möhtəşəm hadisə ilə bağlı Siz başda olmaqla bütün xalqımızı təbrik edir və 9 Noyabr - Dövlət Bayrağı günü ərəfəsində xalqımıza bu sevinci yaşadıb şanlı bayrağımızı Şuşada ucaltmaqla tarix yazdığınızı fəxarətlə vurğulayırıq. Əziz Prezidentimiz, Siz Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırmaqla mənəvi dəyərlərimizə sadiq, qeyrətli Azərbaycan oğlu olduğunuzu bir daha təsdiq etdiniz. Allah Sizi qorusun!”.

İsmayıllıdan Fazil Həsənov: “Hörmətli Prezident, müzəffər Ali Baş Komandan, Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə münasibətilə İsmayıllı Suvarma Sistemləri İdarəsinin kollektivi adından ürəkdən təbrik edirik. Sizə, Ordumuzun əsgər və zabitlərinə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq. Şəhidlərimizin ruhu şad olsun! Yaşasın Ali Baş Komandan! Yaşasın Ordumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Zaqataladan Fikrət Şərifov: “Möhtərəm cənab Prezident, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ard-arda rayonlarımızın düşmən tapdağından azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir. Noyabrın 8-də Sizin Şuşa şəhərinin işğaldan azad edilməsi barədə televiziya vasitəsilə bizlərə çatdırdığınız xəbər Zaqatala Suvarma Sistemləri İdarəsinin kollektivini ürəkdən sevindirir, doğma Vətənimizə daha böyük inamla xidmət etməyə ruhlandırır. Bütün Azərbaycan xalqı kimi idarəmizin mühəndis texniki işçiləri də tarixi torpağımızın erməni işğalından tezliklə azad olunacağına inanırlar. Xarici ölkələrdən olan jurnalistlərin suallarına cəsarətli və faktlara söykənmiş cavablarınızı idarənin bütün əməkdaşları qürur hissi ilə qarşılayır. Möhtərəm cənab Prezident, bizə böyük sevinc hissi yaşatdığınız üçün Sizə və rəşadətli Ordumuza ürəkdən təşəkkür edirik. Qarabağ Azərbaycandır!”.

Naxçıvandan Kamil Xudaverdiyev: “Hörmətli Prezidentim, mənfur erməni işğalçıları üzərində müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə Sizi təbrik edir, əllərinizdən öpürəm. Çünki bu müzəffər Ordunun Ali Baş Komandanı Sizsiniz, hərbi və siyasi zəfərlər Sizin sayənizdə əldə edildi. Son 273 ildə Azərbaycan tarixində heç bir hökmdar, heç bir dövlət başçısı itirilmiş Azərbaycan torpaqlarını geri qaytarmağa nail olmamışdı. Bu missiyanı ulu öndərimiz Heydər Əliyevin oğlu, onun layiqli varisi İlham Əliyev şərəflə yerinə yetirdi. Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız. Eşq olsun Azərbaycanın yeni tarixini yazan polad iradəli, cəsur sərkərdə, məharətli diplomat, müdrik siyasətçi, xalqımızı yumruq kimi birləşdirən əbədi Prezidentimiz İlham Əliyevə! Allah Sizi qorusun!”.

Abşeron rayonundan Emin Carçıyev: “Müzəffər Ali Baş Komandan, Sizi Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə öz adımdan, ailəmin hər üzvü adından, Abşeron gəncləri adından təbrik edirəm. Bizə bəxş etdiyiniz bu Qələbəyə görə Sizə minnətdarıq, Sizə borcluyuq. Siz hər zaman bizim inanc yerimiz, güvənc yerimiz oldunuz. Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun! Var olun, Müzəffər Ali Baş Komandanım!”.

İmişlidən Rüstəm Qüdrətov: “Müzəffər Ali Baş Komandan, Qarabağımızın 30 illik işğalına son qoyuldu. Sizə edilən çoxlu təzyiqlərə baxmayaraq, torpaqlarımızı işğaldan azad etdiniz. Uzun müddət apardığınız siyasi-diplomatik səyləriniz hərbi güclə tamamlanaraq öz bəhrəsini verdi. İmişli rayon kommunistləri olaraq Sizin və qəhrəman Ordumuzun əsgərləri qarşısında baş əyirik. Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq”.

Tərtər rayonunun sakini Fərid Əsgərov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, bu günlər xalqımız tarixi bir dönəm yaşayır. Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz Qarabağ torpaqlarını erməni işğalından azad etdi. Hər gün döyüş bölgələrindən şad xəbərlər gəlir. Hər bir azərbaycanlı kimi mən də buna sevinirəm, qəlbim riqqətə gəlir. Cənab Prezident, Siz xalqın sevimlisinə çevrilmisiniz. Biz Sizin hər bir çıxışınızı səbirsizliklə gözləyir və dərin vətənpərvərlik hissi ilə dediyiniz sözlərdən mütəəssir oluruq. Bəzən gözlərim yaşla dolur, ürəyim Sizə minnətdarlıq hissi ilə döyünür. Əvvəllər mətbuat sahəsində işlədiyimə görə mən özüm də bu tarixi günlərdə xalqımızın qələbə ruhunu yüksəltmək üçün müxtəlif mətbuat orqanlarında yazılarla çıxış edirəm. Hazırda işlədiyim Ağdam rayonu Qasımbəyli qəsəbəsində yerləşən idarəmiz, o cümlədən yaşadığım Tərtər rayonu Köçərli kəndi tez-tez erməni faşistlərinin atəşlərinə məruz qalırdı. Bu cür təhlükəli şəraitdə mən öz işimi vicdanla yerinə yetirirəm. Qorxmadan, çəkinmədən doğma Qarabağda yaşamaqdan və işləməkdən zövq alıram. Daim ürəyimiz dədə-baba yurdlarımıza qayıtmaq hissi ilə döyünür. Hörmətli Prezident, mən özümü Sizin əsgəriniz hesab edirəm. Bütün sahələrdə Sizə sədaqətlə xidmət etmək əhval-ruhiyyəsi ilə yaşayıram. Hələ 2015-ci ildə hərbi xidmət keçdiyim zaman Siz bizim hərbi hissənin açılış mərasiminə gəlmiş, məzmunlu çıxış etmişdiniz. Həmin görüş və çıxışınız hafizəmdə və qəlbimdə daim yaşayır, məni dövlətim üçün daha faydalı işlər görməyə sövq edir. Sizin ölkəmizin tərəqqisi naminə apardığınız daxili və xarici siyasəti daim dəstəkləmişəm, bunu özümə mənəvi borc və vətəndaşlıq vəzifəsi hesab edirəm. Cənab Prezident, indiki Vətən müharibəsi göstərdi ki, Siz dinc şəraitdə də, müharibə şəraitində də ölkəni məharətlə idarə edirsiniz. Bu müharibə, həm də Sizin sərkərdəlik istedadınızı üzə çıxardı. Hərbi əməliyyatlara, müzəffər Ordumuza uğurla komandanlıq etdiniz. Bizim işimiz haqq işidir, Allahın mərhəməti üstümüzdədir. “Qisas qiyamətə qalmaz” demişlər, elə də oldu. Allah Sizi qorusun, müzəffər Ordumuza yardımçı olsun! Qarabağ Azərbaycandır!”.

Ağdam sakini Elbrus Abdullayev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Şuşa şəhərinin işğaldan azad olunması, cəbhədə qazandığımız qələbələr münasibətilə Sizi və xalqımızı təbrik edir, qarşınızda baş əyirəm. Sizin xalça üzərində toxunmuş şəkliniz evimizdən asılıb. Hər dəfə şəklinizi görəndə Uca Tanrıdan Sizə cansağlığı, uzun ömür arzulayıram. Dualarımız Sizinlədir. Var olun, cənab Prezident!”.

Daşkəsən sakini Sərvinaz Qurbanova: “Hörmətli cənab Prezident, mən bir zəhmətkeş Azərbaycan qadını kimi, Sizinlə fəxr edirəm. Eşq olsun Sizə, əziz Prezidentim! Hər zaman var olasınız! Siz bizim dayağımızsınız. Biz xalq olaraq hər zaman Sizin arxanızdayıq. Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycan xalqı!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib