Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaşlar dövlətimizin başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik

Vətəndaşlar dövlətimizin başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Astaradan Qarabağ qaziləri dövlətimizin başçısına yazırlar: “Əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus pandemiyasından xalqımızı qorumaq üçün atdığınız qətiyyətli addımlar biz Qarabağ qazilərini Sizə minnətdarlıq etməyə, böyük sevgimizi bildirməyə sövq etdi. Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz böyük qəhrəmanlıq nümunəsidir. Dünyanın güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, xalqımız və dövlətimiz Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq normal həyatımıza davam edirik. İnanırıq ki, xalqımız bu qorxunc xəstəliyə qalib gələcəkdir. Əslində, Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik. Hər dəfə siyasət meydanlarında məntiqli fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaş-baş qalan Ermənistan rəhbərliyini gülünc vəziyyətdə görüncə Sizə inamımız, sevgimiz, rəğbət və ehtiramımız birə min artır. Cənab Ali Baş Komandan, inanırıq ki, işğal altında olan torpaqlarımız dönməz iradəniz və qətiyyətinizlə tezliklə azad ediləcək, müqəddəs bayrağımız qədim Şuşada, Xankəndidə əzəmətlə dalğalanacaq. Biz qazilər hər an Sizinləyik, Sizin əmrinizə müsəlləh əsgər kimi hazırıq. Allah Sizi və ailənizi qorusun!”.

Polşanın Varşava şəhərində təhsil alan Mehrac Məmmədov: “Hörmətli cənab Prezident, mən xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından biriyəm. Dünyanı bürüyən koronavirus infeksiyasının qarşısının alınmasında həyata keçirdiyiniz tədbirlər çərçivəsində xaricdə təhsil alan gənclərə göstərdiyiniz maddi və mənəvi dəstək mənə böyük fərəh hissi bəxş edib. Ölkəmizin hüdudlarından kənarda yaşayan bir insana Vətəndən uzanan kömək əli onun üçün pənah körpüsüdür. Bu böyük diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı və müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi naminə fəaliyyətinizdə daha böyük uğurlara imza atmağınızı arzu edirəm”.

Bakı şəhərindən Naib Rzayev: “Möhtərəm cənab Prezident, Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür və cansağlığı arzu edirəm. Bizə etdiyiniz yaxşılıqlar heç vaxt unudulmayacaq. Mən fəxr edirəm ki, Sizin kimi Prezidenti olan dövlətin vətəndaşıyam. Tanrı Sizi qorusun!”.

Paytaxtımızın daha bir sakini Gülnaz Kərimova: “Möhtərəm cənab Prezident, bütün dünyanı lərzəyə gətirən koronavirus xəstəliyinin respublikamızda doğurduğu həyəcan Sizin uzaqgörən siyasətiniz sayəsində daha tez aradan qalxdı. Başqa ölkələrlə müqayisədə Azərbaycan daha az itkiyə məruz qalıb. Sizin insanları qorumaq məqsədilə verdiyiniz qərarlar öz bəhrəsini verdi. Yaşlı insanları qorumaq Ulu Öndərdən Sizə qalan ən qiymətli sevgidir. Tanrım Sizi Azərbaycan xalqına çox görməsin! Xətai rayonu M.Hacıyev adına 116 nömrəli məktəbin kollektivi adından Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm”.

Astara rayonundan Amid Fərzəliyev: “Möhtərəm cənab Prezident, bu gün bütün dünyada, o cümlədən ölkəmizdə ciddi siyasi və iqtisadi proseslər gedir. Dünyanı lərzəyə salan pandemiya, sözün əsl mənasında, bütün dövlətlər üçün imtahan kimi qiymətləndirilir. Belə bir həssas dövrdə Sizin qətiyyətli və sistemli addımlarınız xalqımızı və dövlətimizi bu bəladan qorudu, iqtisadi dayanıqlılığımızı daha da gücləndirdi. Bu dövrdə ən mühüm addımlarınızdan biri də əhalinin sosial müdafiəsinin sistemli şəkildə təşkil edilməsi oldu. Bütün dövlət və özəl müəssisələrə yardımlar olundu, insanların iş yerlərini itirməmələri üçün proqramlar qəbul edildi, eyni zamanda, bütün növ kreditlərin ödəniş şərtləri yumşaldıldı, müxtəlif güzəştlər tətbiq edildi. Sevindirici haldır ki, bir çox müəssisələr, özəl şirkətlər Sizin çağırışınıza qoşularaq kredit ödənişlərini dondurdular, faizləri ləğv etdilər, işçiləri işsiz qoymadılar. Biz Sizdən güc alırıq, bizim güclü liderimiz”.

Bakı şəhərinin sakinləri Bilal Zeynalov və Həyat Zeynalova: “Möhtərəm cənab Prezident, dünyada kütləvi hal alan COVID-19 pandemiyası başlayanda mən həyat yoldaşımla Rusiya Federasiyasının Yessentuki şəhərində müalicə alırdıq. Sizin xaricdə qalmış azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndirir, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu ahıl yaşımızda tam təhlükəsiz və sağlam şəkildə evə dönməyimiz dövlətimiz tərəfindən təmin edildi. Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi “Biz birlikdə güclüyük!” çağırışınızla xalqa dəstək olduğunuza, xalqımızın sağlamlığı üçün yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmizin adından dərin minnətdarlığımızı bildiririk”.

Cəlilabad rayonunun Günəşli kəndindən Cavanşir Bağırov: “Çox hörmətli və əziz Prezidentimiz, biz həmişə Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənmişik və dəstəkləyirik. Ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə Azərbaycan xalqı firavan yaşayır. Ölkəmizdə olan sabitlik, əmin-amanlıq digər ölkələrə nümunə göstərilir. Biz başqa ölkələrin sakinlərinin və bir çox ölkələrdən olan miqrantların necə dəhşətli vəziyyətdə yaşadıqlarının şahidiyik. Bəşəriyyəti dəhşətə gətirən təhlükəli koronavirus xəstəliyindən xalqımızın Sizin və Mehriban xanım Əliyevanın diqqəti, nəzarəti və qayğısı sayəsində necə qorunması göz qabağındadır. Əlinizdən gələni edirsiniz ki, Azərbaycan xalqı sağ-salamat və yüksək rifah içərisində həyat sürsün. Əməkhaqlarını artırırsınız, işsiz insanları işlə təmin edirsiniz. İndiki çətin vəziyyətdə işə gedə bilməyən insanlara yardımlar edir, aztəminatlı ailələrə ərzaq ayırırsınız. Hörmətli cənab Prezident, bu yüksək qayğı və diqqətə görə ailəmizin, qohumlarımızın, yaxınlarımızın və kollektivimizin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi həmişə qorusun!”.

Gəncə şəhərindən Gülnar Qaraxanova: “Möhtərəm cənab Prezident, dünya miqyasında böyük itkilərə səbəb olmuş və qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Sizin əvvəlcədən gördüyünüz qabaqlayıcı tədbirlər, bu barədə verdiyiniz göstərişlər icrasına vaxtında başlanılan qərarlar bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı. Xalqımızın taleyini fikirləşmək, onun qayğısına qalmaq, bizi gözlənilən hər hansı təhlükədən xilas etmək həmişə diqqət mərkəzinizdə olmuşdur. Çünki Siz həmişə xalqı düşünən bir dövlət başçısı kimi bunu fəaliyyətinizlə nümayiş etdirmisiniz. Sizin Azərbaycan təhsilinə, səhiyyəsinə və digər sahələrə olan diqqət və qayğınız danılmazdır. Mən bir təhsil işçisi olaraq bu sahənin inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir və Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqla birgə olduğunuz üçün Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük”.

Gəncə şəhərinin Nizami rayonundan Zaman Əsgərov və Anar Savadov dövlətimizin başçısına yazırlar: “Hörmətli cənab Prezident, bu ağır pandemiya günlərində xalqımızın yanında olduğunuza, qayğımıza qaldığınıza, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına görə hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun! Sizin bu gün respublikamızın inkişafı, dünya səviyyəsində yaxşı mənada tanınması, ölkəmizdə apardığınız quruculuq və abadlıq işləri, aztəminatlı ailələrə göstərdiyiniz qayğı və diqqət, müharibə veteranları və şəhid ailələrinə, ümumən xalqımıza göstərdiyiniz yüksək diqqət və qayğı üçün təşəkkür edirik. Belə bir dövrdə Sizin yorulmadan və dönmədən ölkənin inkişafına əngəl olan neqativ hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi bizim ailələrimizi də sevindirir, qürurlandırır. Hər birimiz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Sizin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməyiniz bizi fərəhləndirir. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allah Sizə cansağlığı, ailə səadəti və işlərinizdə yeni, böyük müvəffəqiyyətlər nəsib etsin! Amin!”.

Ağdam rayonundan Əməkdar müəllim Eliza İsayeva: “Möhtərəm cənab Prezident, bütün dünyanın koronavirus epidemiyası ilə çalxalandığı bir dövrdə bizim ölkəmiz də bundan kənarda qalmadı. Vəziyyətin belə ağır vaxtında Sizin müdrik qabaqlayıcı tədbirləriniz xalqımızı bu ağır böhrandan az itki ilə qurtarmaqdadır. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss etdi. Siz bir dövlət rəhbəri olmaqla yanaşı, hər bir vətəndaşımıza ata və oğul qayğısı göstərdiniz. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla mübarizədə daha diqqətli olmağa çağırdı. Bu çağırışda xalq Sizin səmimiyyətinizi, həyəcanınızı hiss etdi. Sizin hər bir çıxışınız, Sərəncamınız xalqımızı ətrafınızda daha da sıx birləşdirdi. Bu, xalqın Sizə inamı, etibarıdır. Bunu da Siz öz xeyirxah əməllərinizlə, xalqa olan sevginizlə qazanmısınız. Mən sadə bir vətəndaş kimi, bütün müəllim ordusu adından Sizə dərin təşəkkürümü bildirirəm. Bir dövlət rəhbəri kimi Sizin zəhmətinizi öz işimizlə həmişə doğrulduruq. Biz Sizinləyik. Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da. Biz birlikdə güclüyük! Cənab Prezident, bu gücü bizə verən də Sizin xalqla olan sıx, səmimi münasibətinizdir. Sizə işlərinizdə daha böyük uğurlar arzulayıram”.

Bakının Nizami rayonundan şəhid övladı Arzu Bayramova: “Möhtərəm cənab Prezident, Sizin kimi ölkə başçımız olduğu üçün qürur duyur və fəxr edirəm. Hər zaman ölkəmizin, xalqımızın rifahı üçün dayanmadan çalışırsınız. Bu gün güclü Azərbaycan Ulu Öndərimizin davam etdirdiyiniz siyasətinin nəticəsidir. Mən də bu ölkənin vətəndaşı olduğum üçün qürur duyuram. Bu minnətdarlıq məktubunu yazmağı bir şəhid övladı olaraq özümə borc bildim. Təəssüf ki, dünyada baş verən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bütün dünya kimi, ölkəmiz də bu çətin dövrlə üzləşməli oldu. Cənab Prezident, Siz son zamanlar çıxışlarınızda daim vurğulayırsınız ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məncə, bu, Sizin uzaqgörən siyasətiniz sayəsindədir. Azərbaycanın bütün dünyanı cənginə almış pandemiyaya qarşı mübarizəsi bu gün bir çox ölkələrə nümunədir. Bu çətin zamandan Sizinlə birgə səbir və təmkinlə çıxacağımıza əminəm. Allah dünyamızı və ölkəmizi tezliklə bu bəşəri bəladan xilas etsin. Fürsətdən istifadə edib Sizi Respublika Günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və ölkəmizin, xalqımızın rifahı üçün gördüyünüz bütün işlərdə Sizə möhkəm cansağlığı arzulayıram”.

Paytaxt sakini Nərminə Mansurova: “Hörmətli cənab Prezident, ölkəmizin sürətli inkişafı, əhaliyə diqqət və qayğınız bir Azərbaycan vətəndaşı olaraq Sizə bu minnətdarlıq məktubunu ünvanlamağıma səbəb oldu. Hörmətli cənab Prezident, Azərbaycan dövlətinin son dövrlərdə yaşanan məlum pandemiya dövründən alnıaçıq çıxması, sahibkarlara, aztəminatlı ailələrə yardım, dövlət məmurlarına ciddi nəzarət, xalq və dövlətin bir-birinə necə sıx bağlı olduğunun göstəricisidir. Yasamal sakini olaraq, Sizin Sərəncamınızla yaradılmış DOST İş Mərkəzinin sosial işçisi kimi Sizə xalqımıza, millətimizə bu qədər diqqət və qayğınız üçün minnətdarlığımı bildirirəm. Ulu Tanrı xalqını bu qədər sevən, qoruyan Prezidentimizi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı qorusun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı