REGİONLAR
“Vətənimiz Azərbaycanı tanıyaq” mövzusunda keçirilən viktorinanın qalibi “Qələbə” komandası olub
Naxçıvan, 5 dekabr, AZƏRTAC
Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Vətənimiz Azərbaycanı tanıyaq” mövzusunda keçirilən viktorina başa çatıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən intellekt mübarizəsində 4 komanda yarışıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, kursantların Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə təşkil edilən viktorina üç mərhələdə keçirilib.
Suallararası fasilələrdə videoçarxlar nümayiş etdirilib, kursantlar Vətənə həsr olunmuş mahnı və şeirlər səsləndirib, müxtəlif səhnəcikləri canlandırıblar. Məktəbli qızlar rəqs nümunələri ilə çıxış ediblər.
“Qələbə”, “Mübariz”, “Qarabağ” və “Zəfər” komandalarının yarışdığı viktorinanın qalibi “Qələbə” komandası olub.
Qalib komandanın üzvləri və tədbirdə fəal iştirak edən məktəblilər mükafatlandırılıblar.