Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətənpərvərlik marafonunun növbəti ünvanı Hadrut qəsəbəsi olub

Bakı, 27 dekabr, AZƏRTAC

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərindən start götürən “Heydər Əliyev İli”nə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonunun növbəti ünvanı Vətən müharibəsinin 13-cü günündə işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində bir il öncə dekabrın 24-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışını etdiyi Əməliyyat Komando briqadası olub.

AZƏRTAC xəbər verir ki, yaradılmasının birinci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edən briqadanın şəxsi heyəti fəxri qarovul dəstəsinin müşayiəti və “Qələbə marşı”nın sədaları altında hərbi hissəyə gətirilən Zəfər bayrağını alqışlarla qarşılayıblar.

“Dəmir yumruq” abidəsi ziyarət olunduqdan sonra vətənpərvərlik marafonunun iştirakçılarına məlumat verilib ki, bu Əməliyyat Komando briqadası Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışını etdiyi, döyüş bayrağı təqdim olunan ilk hərbi hissədir. Ötən müddətdə hərbçilərimiz döyüş və mənəvi-psixoloji hazırlıqda bir çox uğurlara imza ataraq qarşıya qoyulan mühüm tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyiblər. Hər bir əsgər və zabit yaxşı bilir ki, Hadrutdakı bu hərbi hissənin açılışı Prezident İlham Əliyevin dediyi kimi, çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılıb və Ordumuzun sərəncamına verilib. Bu strateji qəsəbənin işğaldan azad edilməsi isə bizim gələcək planlarımıza dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımızda daha böyük çətinliklərlə üzləşə bilərdik.

Hərbi şəhərcikdə yaradılan şərait, maddi-texniki təminatın yüksək səviyyədə olması, hər bir döyüşçünün qələbə əhval-ruhiyyəsi ilə yaşaması, Ali Baş Komandanın əmrlərinə hər an hazır olması marafon iştirakçılarını ilk tanışlıqdan heyran edib.

“Heydər Əliyev İli”nə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonu çərçivəsində keçirilən növbəti tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və unudulmaz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Şuşayacan şərəfli döyüş yolu keçmiş “Qarabağ” ordenli zabit Elmir Abdullayev marafon iştirakçılarını salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sıra meydanında düz bir il əvvəl şəxsi heyətin qarşısında çıxış edərkən söylədiyi “Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır” fikirlərini xatırladıb və böyük inam hissi ilə bəyan edib ki, Azərbaycan komandosu da “Heydər Əliyev İli”nə Zəfər bayrağı ilə!” qədəm qoyan hərbçilərin ön cərgələrindədir.

İgid döyüşçü E.Abdullayev deyib: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bir il öncə əsgəri şərəf, şücaət və şöhrət rəmzi kimi hərbi hissənin hər bir qulluqçusuna Vətənə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçün hərbi hissəmizə döyüş bayrağı təqdim etdi. Həmin gün komandirimiz polkovnik Sanayev döyüş bayrağını qəbul edərkən şəxsi heyət adından möhtərəm Prezidentimizin qarşısında babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağını öz canından da əziz bilib yüksəkliklərdə tutacağına and içdi.

Komandirimiz “Ulu Öndər Heydər Əliyevin ruhunu yaşadan bu şanlı döyüş bayrağını məndən sonra sağ qalana təhvil vermədən ölmək mənə haram olsun. İçdiyim bu anda sadiq qalacağımı və ehtiramımı bildirmək üçün bayrağımı öpür və təhvil alıram”, - deyə əminliklə deyib.

Biz yenə də andımıza sadiqik və Müzəffər Ali Baş Komandanın əmrlərini canımızla, qanımızla yerinə yetirməyə hər an hazırıq. “Heydər Əliyev İli”nə Zəfər və döyüş bayraqları ilə qədəm qoyacağıq. “Heydər Əliyev İli” Azərbaycan Ordusunun da yeni Zəfər ili olacaqdır.

Tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayan layihənin müəllifi polkovnik Abdulla Qurbani vətənpərvərlik marafonunun bütün qoşun növlərini, birlik birləşmə və hərbi hissələri əhatə etdiyini bildirib, “Heydər Əliyev İli”ndə Azərbaycan Ordusunda keçiriləcək tədbirlərin anonsunu verib və şəxsi heyəti qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Tədbirin aparıcısı Hərbi Dəniz Qüvvələrinin zabiti Rüstəm Əliyevin söylədiyi “Heydər Əliyev İli” adlı şeir böyük maraqla dinlənilib və tədbir iştirakçıları da ona səsinə qoşulublar.

Vətən üçün alışır ocağımız, közümüz,

Çiçəklər üstdə mehdi hər kəlməmiz, sözümüz,

Bu bayram işığında qüdrət olduq özümüz

“Heydər Əliyev İli” - bizim əziz ilimiz!

Buludları dağılmış neçə dağım var mənim,

Atlar cövlan edəsi göy yaylağım var mənim,

Qara bağı qırılan Qarabağım var mənim

“Heydər Əliyev İli” - bizim əziz ilimiz!

Yerə-göyə bəs edən bir “Heyratı” bizik, biz!

Vətən deyən ən gözəl bir bayatı bizik, biz!

Qarşı gələn illərin nəqəratı bizik, biz!

“Heydər Əliyev İli” - bizim əziz ilimiz!

“Heydər Əliyev İli” - yeni Zəfər ilimiz!

Əməkdar artist Cahangir Qurbanov, Mətləb Ağayev, Leyla Əliyeva, Elçin Məmmədov və başqa solistlərin ifa etdikləri Ulu Öndərə həsr olunmuş mahnı və hərbi marşlar alqışlarla qarşılanıb.

Polkovnik-leytenant Cahangir Qurbanovun ifa etdiyi Müzəffər Ali Baş Komandana həsr edilən “Dəmir yumruqlu Prezidentim” mahnısının təqdimatı ilə “Heydər Əliyev İli”nə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonu çərçivəsində keçirilən növbəti tədbir başa çatıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib