İQTİSADİYYAT


“Viber”də yeni funksiya istifadəyə verilib

Bakı, 16 yanvar, AZƏRTAC

“Viber” proqramının istifadəçiləri üçün qrup şəklində çatlarda (söhbətlərdə) və böyük qruplarda sorğu keçirmək üçün yeni funksiya yaradılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sorğular real vaxtda aparılır. Bunun üçün messencerin qrup şəklində çatların istifadəçiləri və ya qrup idarəçiləri çatın ayarlarında “sorğu” düyməsini seçməlidir. “Sorğu”nun sualını daxil edib, mümkün 10 cavab variantı göstərmək lazımdır. Çatların istifadəçiləri və qrup üzvləri “like” düyməsini seçməklə sorğuda iştirak edə bilər. Sorğunun nəticələri hər səsvermədən sonra yenilənir və istifadəçilər üçün açıqdır.

Qrup şəklində çatların üzvləri hansı istifadəçinin sorğuda hansı varianta səs verdiyini görə bilər. Böyük qruplarda isə səsvermə anonimdir.

“Viber”in istifadəçilərinin sayı 1 milyardı keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.