ELM VƏ TƏHSİL


“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında xarici dillərdə məqalələrin yaradılması davam edir

Bakı, 9 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin haqqında ingilis dilində məqalə yaradılıb. Məqalədə Milli Qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir. Məqalə ilə daha ətraflı qeyd edilən linkdə tanış olmaq mümkündür: https://en.m.wikipedia.org/wiki/Viktor_Vasilyevich_Seryogin

“Vikipediya”da digər Milli qəhrəmanlarımız haqqında da müxtəlif dillərdə məqalələrin yaradılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.