REGİONLAR
Viran qalmış yurd yeri – Cəbrayıl rayonunun Papı kəndindən görüntülər
Cəbrayıl, 19 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrimizdən biri də Cəbrayıl rayonunun Papı kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri Papı kəndinə gedərək erməni vandalizmini lentə alıb.
İşğaldan azad olunan digər şəhər və kəndlərimizdə olduğu kimi, Papı kəndində də yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir.
Papı kəndi Cəbrayıl şəhərindən 3 kilometr məsafədə yerləşir. İşğaldan əvvəl kənddə üzümçülük, heyvandarlıq, baramaçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, XIX əsrə aid məscid var idi. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan indi əsər-əlamət qalmayıb. Hər yeri dağıdan erməni işğalçıları burada ekoloji terror da törədiblər. Bütün yaşıllıqlar, o cümlədən qədim çinar ağacları, kəhriz və bulaqlar məhv edilib.
Qeyd edək ki, 1993-cü il avqustun 23-də işğal edilən Cəbrayıl şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 4-də azad olunub.
Papı kəndinin görüntülərini təqdim edirik.