İDMAN


Voleybol üzrə İsrail millisi dünya çempionatının seçmə  mərhələsini qələbə ilə başa vurub

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu günün ilk qarşılaşması Norveç və İsrail voleybolçuları arasında oynanılıb.

AZƏRTAC xəbər verir ki, İsrail millisi görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.

Matçın birinci setində İsrail təmsilçiləri 25:19 hesabı ilə üstün olublar. Lakin Norveç yığması ikinci hissədə rəqiblərini böyük hesabla məğlub edib – 25:15. Qarşılaşmanın üçüncü və dördüncü setində israillilər təşəbbüsü ələ alaraq asanlıqla qalib gəliblər – 25:17 və 25:15. Beləliklə, İsrail millisi turnirdə ikinci qələbəsini qazanıb.

Günün mərkəzi qarşılaşması Azərbaycan və Hollandiya yığmaları arasında keçiriləcək. “E” qrupunun sonuncu matçında isə Ukrayna və Danimarka komandaları üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.