REGİONLAR


Voleybol üzrə yoldaşlıq görüşündə “Naxçıvan” komandası qalib gəlib

Naxçıvan, 1 dekabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən voleybol üzrə yoldaşlıq görüşü başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qarşılaşmada böyüklərdən ibarət “Naxçıvan” və “Culfa” komandaları meydanda olub. Görüş voleybolçuların oyun təcrübəsi və ustalıq səviyyəsinin artırılması məqsədilə təşkil olunub.

Nəticəyə gəlincə, matç “Naxçıvan” voleybolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan oyunun sonunda hər iki komandaya voleybol topları hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.