İQTİSADİYYAT


Vüqar Gülməmmədov: 2022-ci il üzrə dövlət büdcəsinin icrasına qlobal çağırışlar və risklərə münasibətdə tam əməl olunub

Bakı, 22 iyun, AZƏRTAC

Təhlillər göstərir ki, 2022-ci il üzrə dövlət büdcəsinin icrasına qlobal çağırışlar və risklərə münasibətdə tam əməl olunub.

AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Cari ilin ilk 5 ayı ərzində dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını qeyd edən Hesablama Palatasının sədri gəlirlərin əsas mənbə kimi hüquqi və fiziki şəxslərin dəyər vergisindən əldə olunduğunu bildirib.

Neftin və qazın qiymətində artımın büdcəyə daxilolmalara müsbət təsir göstərdiyini vurğulayan V.Gülməmmədov bunun qarşıya qoyulan tapşırıq və vəzifələrin həyata keçirilməsi üçün münbit şəraitin formalaşmasına imkan verdiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.