Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vüqar Süleymanov: İşğaldan azad edilən ərazilərdə ötən il 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlanıb

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə fəaliyyəti, yeni müdavimlərin hazırlanması və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində öhdəliklər, çağırışlar və onların həlli üsulları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Vüqar müəllim, bildiyimiz kimi, Qarabağda genişmiqyaslı minatəmizləmə əməliyyatları bir neçə qurum tərəfindən həyata keçirilir. Bu fəaliyyət necə əlaqələndirilir?

- Əvvəlcə qeyd edim ki, işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. 2021-ci ildə ümumilikdə 20 min 165 hektar ərazi təmizlənib, 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlanıb.

Prezident İlham Əliyev 2021-ci il sentyabrın 16-da “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Sənədə əsasən, tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirmə, görülmüş işlərin icrasının monitorinqi və keyfiyyətlə tamamlanmasına nəzarət ANAMA-ya həvalə edilib.

- Sənədlərdən söz açmışkən, bilmək istərdik ki, Agentliyin normativ-hüquqi bazasında hər hansı bir dəyişiklik gözlənilirmi?

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli Fərmanına əsasən publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı və hüquqi sənəd olaraq Nizamnaməsi təsdiq edildi. Hazırda Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun, mövcud olan və təkmilləşdirilən Milli Minatəmizləmə Tələbləri, həmçinin “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olunması üçün aidiyyəti üzrə təqdim edilib.

- 2021-ci il ərzində ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatları haqqında məlumat verməyinizi xahiş edirik. Bu sahədə hansı işlər görülüb?

- Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin inkişaf planına əsasən, Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində hökumət tərəfindən təsdiq edilən müvafiq tədbirlər planı mövcuddur. Ötən ilin yekunlarına gəldikdə, 6 min hektar ərazinin təmizlənməsi öhdəliyi qarşısında Agentliyin minaaxtaranları tərəfindən 6201 hektar ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənərək aidiyyəti üzrə təhvil verilib. Nəticədə piyada əleyhinə 4880, tank əleyhinə 2335 mina, habelə 11 min 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Təmizlənən ərazilərin bölgüsünə nəzər salsaq, kənd təsərrüfatı təyinatlı 1981, məskunlaşma üçün nəzərdə tutulan ərazilər üzrə 1373, nəqliyyat infrastrukturu layihələri üzrə 1618, enerji xətlərinin çəkilməsi üçün 586 və digər layihələr üzrə 644 hektar ərazi təmizlənərək təhvil verilib.

Vətən müharibəsindən sonra ANAMA-ya təmizlənməsi həvalə edilən 55 layihədən 46-sı uğurla yekunlaşıb. Təmizləmə əməliyyatları əsasən, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat infrastrukturu, sənaye parkları, eləcə də xüsusi tapşırıqlar, yaşayış infrastrukturunun yaradılması və ekoloji qiymətləndirmə istiqamətlərində icra edilib. Ən mühüm layihələrdən Zəfər yolu, Zəngilan rayonundakı “Ağıllı kənd” yaşayış məntəqəsi və hava limanı, Füzuli-Hadrut avtomobil yolu, Xındırıstan–Ağdam elektrik xətti və digərlərini qeyd etmək olar.

- Qarabağda genişmiqyaslı təmizləmə əməliyyatlarının icrası üçün 2022-ci ildə Agentliyin maddi-texniki bazasının və heyətinin artırılması sahəsində nə kimi yeniliklər gözlənilir?

- Minatəmizləmə əməliyyatlarının vaxtında və dəqiqliklə icra olunması üçün şəxsi heyətin mərhələli şəkildə artırılması davam edir. 2021-ci ildə 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək əməliyyatlara cəlb olunub. Bu il də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulur. İnanırıq ki, daha böyük ərazinin təmizlənməsinin öhdəsindən gələcəyik.

Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb. Ötən il imzalanan müqavilələrə əsasən, 2022-ci ildə də Azərbaycana əlavə texnika və avadanlığın gətirilməsi planlaşdırılır.

Minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayı da artırılıb. ABŞ-ın Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalanıb. 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20-si artıq Agentliyə göndərilib. Qeyd edim ki, xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyə vəsaiti, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir.

- Bildiyimiz qədər, minatəmizləmə sahəsi üzrə İşçi Qrupunun iclasları mütəmadi keçirilir. Bu iclaslarda əsasən hansı məsələlər ətrafında müzakirələr aparılır?

Dövlətimizin başçısının 2020-ci il noyabrın 24-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə İşçi Qrupun iclaslarında müvafiq çağırışlar və qarşıda duran məqsədlər geniş müzakirə olunur. İclaslarda iştirak edən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələri hesabatlar təqdim edirlər. ANAMA işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində əsas əlaqələndirici orqandır.

Minatəmizləmə sahəsində qurumların 2022-ci ilin tədbirlər planına əsasən, ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20 min hektar təşkil edir. Məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək. Yeni müdavimlərin hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdavimlərə keçirilən təlimlər Əsas Humanitar Minaaxtarma (ƏHM) və Döyüş Sahələrinin Təmizlənməsi, eləcə də Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya üzrə kurslardan ibarətdir.

- ANAMA-nın əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində 2022-ci ildə hansı işlər planlaşdırılır?

- Bir müddət əvvəl ANAMA ilə Böyük Britaniyanın nüfuzlu MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında anlaşma memorandumu imzalandı. Sənədə əsasən, Agentliyin yeni supervayzerləri üçün altı ay nəzəri və altı ay praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi gözlənilir. Əminəm ki, bu sahə üzrə əldə edilən biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına müsbət töhfə verəcək.

Həmçinin Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən ANAMA-nın 15 nəfər partlayış qrupu işçiləri üçün “EOD level 3+” təlimlərinin keçirilməsi nəzərdə tutulur. Agentliyin əməkdaşları partlayıcı sursatların zərərsizləşdirilməsi istiqamətində əlavə bilik və bacarıqlara yiyələnəcək. Təlimlərdə partlayış əməliyyatlarının planlaşdırılması, idarəedilməsi və tapşırıqların icrası fəaliyyəti də əhatə olunacaq.

- Vüqar müəllim, sonda vətəndaşlara 2022-ci ildə hansı arzularınız var?

- Əvvəlcə vətəndaşlara təşəkkür etmək istərdim ki, il ərzində çağırışlarımıza əməl edərək təhlükəli ərazilərə səfər etmədilər, bununla da fəaliyyətimizin fasiləsiz və davamlı icrası üçün şərait yaratdılar. Bu il “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin köç edilməsi gözlənilir. Onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.

Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisələrin 5 mindən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub. Minalanmış ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanıb.

Maarifləndirmə işi minatəmizləmə əməliyyatlarının mühüm istiqamətlərindən biri kimi tərəfimizdən davam etdiriləcək. Necə deyərlər, güc birlikdədir. Bu səbəbdən fürsətdən istifadə edərək vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, gəlin bir olaq, səbir göstərək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib