Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vyanada insan alveri ilə bağlı məlumatlandırma mövzusunda beynəlxalq seminar keçirilir

Vyana, 17 may, AZƏRTAC

Mayın 17-də Vyana şəhərində kütləvi informasiya vasitələri və insan alveri barədə ictimaiyyətin məlumatlandırılması üzrə beynəlxalq seminar keçirilir. Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) tərəfindən İnsan Alveri və Mütəşəkkil Cinayətə Qarşı Mübarizə Layihəsi (Faza 2) çərçivəsində baş tutub.

Tədbirdə Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Moldova, Pakistan və Türkiyənin aparıcı KİV-lərində çalışan redaktorlar və insan alveri ilə mübarizə aparan qurumların nümayəndələri iştirak edirlər. Seminarda ölkəmizi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Orxan Mansurzadənin rəhbərliyi ilə KİV nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edir.

Seminarın məqsədi insan alveri problemi barədə ictimaiyyətin məlumatlandırılması işində KİV-lərin oynadığı rolun müzakirə edilməsi olub.

Tədbiri açan Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin direktoru Mixael Şpindeleqqer dünyada insan alverinə qarşı mübarizənin əhəmiyyətini vurğulayaraq bu işdə KİV-lərin rolunu yüksək qiymətləndirib. Qeyd edilib ki, cəmiyyətin həssas kəsimi olan insan alveri qurbanları ilə bağlı beynəlxalq, dövlət və qeyri-hökumət qurumları səylərini gücləndirməli, jurnalistlər üçün treninqlərin keçirilməsi, sensasiya və saxta xəbərlər üzərində qurulmuş mətbuata qarşı fəaliyyət genişləndirilməlidir.

KİV-lərdə insan alveri mövzusunun işıqlandırılması seminar zamanı diqqət mərkəzində olub. Bildirilib ki, mətbuatda və ictimaiyyət arasında insan alveri, insan qaçaqmalçılığı və fahişəlik anlayışları çox zaman qarışdırılır, bu sahədə məlumatsızlıq hökm sürür. Bu məsələdə keyfiyyətli və peşəkar media xəbəri hazırlamaqla yanaşı, insan faktoru daim diqqətdə olmalı, qurbanların şəxsi məlumatları konfidensial saxlanılmalı, onların reinteqrasiyasını əngəlləyən hallara yol verilməməlidir. Eyni zamanda, sensasiya arxasınca qaçan bəzi mətbu orqanların bu sahədə ciddi araşdırmalara söykənməyən məqalə və reportajları ilə cəmiyyətdə yanlış ictimai rəy formalaşdırdığı və yanlış siyasi tendensiyaların formalaşmasına yol açması tənqid olunub, bu yolla insan alverinin qurbanlarının yenidən qurbana çevrildiyi qeyd olunub.

Seminarda Orxan Mansurzadə Azərbaycanda insan alverinə qarşı aparılan mübarizə, bu sahədə mövcud qanunverici baza, insan alveri qurbanlarının hüquqlarının qorunması, dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının bu sahədə birgə və fərdi layihələri, müxtəlif maarifləndirici və profilaktik tədbirlər barədə çıxış edib.

Bildirilib ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilir. Kütləvi informasiya fəaliyyəti qanunvericilikdə nəzərdə tutulan hallardan başqa məhdudlaşdırıla bilməz.

Həmçinin qeyd edilib ki, kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə edən redaksiya və jurnalistlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. Digər mühüm məqamlardan biri kimi də “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu misal göstərilib. Həmin qanunun müvafiq maddələrində insan alveri qurbanları ilə bağlı konfidensiallığın qorunması üzrə mühüm məsələlərin nəzarətdə saxlanılmalı olduğu öz əksini tapıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən insаn аlvеrinə qаrşı mübаrizə uğurla həyata keçirilir, əməliyyаt-ахtаrış tədbirləri nəticəsində 141 insаn аlvеri, 6 məcburi əmək, 19 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər olmaqla bir çox cinayət faktı qeydə alınıb, müəyyən edilmiş insan alveri cinayət faktlarının açılması 99,3 faiz təşkil edib.

O.Mansurzadə çıxışında insan alveri qurbanlarına dövlət qayğısına da toxunaraq qeyd edib ki, Nazirlər Kabinetinin müvаfiq qərarınа əsаsən, insan alveri qurbanlarının hər birinə birdəfəlik müavinət ödənilib, 63 nəfər insan alveri qurbanı, 7 nəfər ehtimal olunan insаn аlvеri qurbаnı müvəqqəti yaşaması üçün Bаş İdarəyə bilаvаsitə tаbе оlаn insаn аlvеri qurbаnlаrı üçün sığınacağa yеrləşdirilib, оnlаrа tibbi (HİV, AİDS, CYÖX, ginekoloji və terapevt xidmətləri), psixoloji, hüquqi və digər yardımlar göstərilib, zəruri geyimlə təmin olunublar. Onların bəziləri peşə kurslarına yönəldilib, işlə təmin olunub, xəstəlikdən əziyyət çəkənlərin cərrahiyə əməliyyatı və tibbi müalicəsinə kömək göstərilib. Qurbanlarla yanaşı, onların həddi-buluğa çatmamış övladları da dövlət qayğısı ilə əhatə olunublar.

Azərbaycan nümayəndəsi çıxışında, həmçinin “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, KİV nümayəndələri üçün təşkil olunan seminarlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilən layihələr barədə məlumat verib, insаn аlvеrinin qаrşısının аlınmаsı sаhəsində fəаliyyət göstərən QHT-lərin maаrifləndirmə işlərinə, insаn аlvеri qurbаnlаrı üçün хüsusi müəssisələrin fəаliyyətinin təşkil еdilməsinə, insаn аlvеri qurbаnlаrınа hüquqi yаrdımlаrın göstərilməsinə və оnlаrın sоsiаl rеаbilitаsiyаsınа cəlb еdildiyini bildirib.

Sonda qeyd edilib ki, insаn аlvеrinə qarşı mübarizə üzrə həyаtа kеçirilmiş tədbirlər bаrədə məlumаtlаr mütəmаdi оlаrаq Baş İdаrənin internet səhifəsi vasitəsilə (www.insanalveri.gоv.аz) ictimаiyyətə çаtdırılır. Bu növ cinаyətlərin prоfilаktikаsındа хüsusi əhəmiyyət kəsb еdən kütləvi infоrmаsiyа vаsitələrinin imkаnlаrındаn gеniş istifаdə оlunub. Ümumilikdə isə görülən işlər, əldə оlunаn nəticələr rеspublikаnın müхtəlif tеlеkаnаllаrındа, аyrı-аyrı infоrmаsiyа аgеntliklərində, mətbuаt və internet səhifələrində işıqlаndırılıb.

Seminarda insan alveri üzrə məlumatların mətbuatda işıqlandırılmasına dair hallar təhlil olunacaq, məsuliyyətli jurnalistika və daha keyfiyyətli iş üçün KİV-lər qarşısında duran öhdəliklər ətrafında fikir mübadiləsi aparılacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib