MƏDƏNİYYƏT
XALQ ŞAİRİNİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Həsənağa Qurbanov tədbirdə çıxış edərək bildirmişdir ki, böyük şairin yubileyi ölkəmizin hər yerində qeyd olunur, qısa, lakin olduqca mənalı ömür yaşamış şairin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən ətraflı söz açılır.
Natiq vurğulamışdır ki, belə yubileylərin keçirilməsi dövlətimizin başçısının yaradıcı insanlara, xalqımızın milli mənəvi dəyərlərinə böyük diqqət və qayğısının təzahürüdür.
Tədbirdə çıxış edən vurğunsevərlər şairin poeziyasındakı şeiriyyətin gücündən, axıcılığından, məna tutumundan danışaraq, S.Vurğun yaradıcılığının bəstəkarlarımız üçün də zəngin xəzinə olduğundan söz açmışlar.
Oxucuların, poeziya həvəskarlarının ifa etdikləri şeirlərdə böyük şairin Vətənə, torpağa, ölkəmizin füsunkar təbiətinə, insanlarına tükənməz sevgisi yüksək bədii sənətkarlıqla ifadə olunmuşdur.
Tədbirdə müğənnilərimizin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar da mərasim iştirakçılarında xoş ovqat yaratmışdır.