SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Yanvarın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Ross Uilsonu qəbul etmişdir.
Söhbət zamanı Vilayət Quliyev və Ross Uilson iki ölkə arasındakı münasibətlərin və işgüzar əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə tərəfdar olduqlarını bildirərək, ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 10-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsinin zəruriliyini vurğulamışlar.
Görüşdə bu il yanvarın 31-də Nyu-Yorkda keçiriləcək Beynəlxalq İqtisadi Forumda müzakirə olunacaq bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.