Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİNİN ŞƏXSİ HEYƏTİ İLƏKEÇİRİLƏN GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz əsgərlər, zabitlər, generallar!

Əziz milli qvardiyaçılar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və Vətən naminə şərəfli xidmətinizdə sizə uğurlar arzulayıram.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycanda Milli Qvardiya yarandı. O illərdə Milli Qvardiya dərhal Azərbaycana təcavüz edən, ölkəmizin ərazi bütövlüyünü pozan erməni qəsbkarlarına qarşı döyüşlərə başlamışdır. Çox fəal iştirak edirdi, şəhidlər verirdi və torpağımızın müdafiəsi uğrunda, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində böyük işlər görürdü. O illər Azərbaycanın gələcəyini müəyyən edirdi. Ölkədə hökm sürən anarxiya və xaos Azərbaycanın müstəqilliyini şübhə altına almışdı.

1993-cü ildə xalqımızın lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra vəziyyətdə əsaslı dönüş yarandı. Azərbaycanda sabitlik bərpa olundu, əmin-amanlıq, asayiş bərpa olundu. Eyni zamanda, normal inkişaf üçün də şərait yaradıldı. Ancaq bütün bunlara baxmayaraq, o illərdə də Azərbaycanın müstəqilliyini istəməyən, Azərbaycanın milli maraqlarının əleyhinə çıxan qüvvələr yenidən ölkəmizdə böhran, xaos, anarxiya yaratmaq istəyirdilər.

Hamımız yaxşı xatırlayırıq ki, 1994-95-ci illərdə hərbi silahlı çevrilişə cəhdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarəti ilə, Azərbaycan xalqının dəstəyi ilə yatırıldı. O illərdə Milli Qvardiyanın da rolu çox böyük idi. Azərbaycan xalqı öz lideri ətrafında birləşərək, ölkəmizin gələcəyi üçün, möhkəmlənməsi üçün çox əhəmiyyətli işlər gördü. O illərdə yaranan sabitlik bu gün də davam edir. Sabitliyin qorunması hər bir ölkənin inkişafı üçün başlıca şərtdir.

Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir. Ölkəmiz çox sürətlə inkişaf edir. Ölkədə gedən proseslər Azərbaycanın bu gününü və gələcəyini müəyyən edəcəkdir. Azərbaycan xalqının rifahının yaxşılaşması istiqamətində böyük addımlar atılır. Amma eyni zamanda, biz bu müstəqilliyi, sabitliyi, əmin-amanlığı bütün başqa vasitələrlə də qorumalıyıq. Bu işdə Milli Qvardiyanın da rolu çox yüksəkdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin və Milli Qvardiyanın formalaşmasında və möhkəmlənməsində Heydər Əliyevin çox böyük rolu olmuşdur. Məhz 1990-cı illərin ortalarından başlayaraq, həm maddi-texniki baza gücləndi, eyni zamanda, qvardiyaçıların hazırlıq səviyyəsi yüksəldi. Bu gün Azərbaycanda qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirən çox güclü Milli Qvardiya vardır.

Azərbaycanda ordu quruculuğu prosesi də sürətlə gedir. Bu istiqamətdə də atılan addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənir. İldən-ilə artan hərbi büdcəmiz bizə imkan verir ki, ordu potensialımızı ən yüksək səviyyədə saxlaya bilək. 2004-cü ildə ordunun büdcəsi 175 milyon dollar, 2005-ci ildə 300 milyon dollar olmuşdur. 2006-cı ildə isə 600 milyon dollara çatacaqdır. Bu, orduya, ordu quruculuğuna göstərilən qayğının əyani sübutudur. Biz ordu potensialımızı gücləndirməliyik, onun maddi-texniki bazasını möhkəmləndirməliyik və orduda xidmət edən bütün insanların hazırlıq səviyyəsini də yüksəltməliyik. Bu istiqamətlərdə görülən işlər çox müsbətdir. Bunun təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Biz bu siyasəti uğurla davam etdiririk və ölkəmizin qarşısında duran bütün vəzifələri ləyaqətlə yerinə yetiririk.

Azərbaycanda çox böyük imkanlar var, çox böyük sərvətlər var, milli sərvətlər var, təbii ehtiyatlar var. Bildiyiniz kimi, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış yeni neft strategiyası Azərbaycanda böyük dəyişikliklərə gətirib çıxardı. Ölkəmizin dinamik inkişafı, iqtisadi artımın yüksək sürəti, insanlarımızın həyat səviyyəsinin yaxşılaşması, maaşların, pensiyaların, digər sosial müavinətlərin artırılması o illərdə həyata keçirilməyə başlanmış neft strategiyasının nəticələri ilə bağlıdır.

Əlbəttə, ölkəmizin iqtisadi inkişafı üçün, Azərbaycanda siyasi proseslərin normal istiqamətdə inkişafı üçün, regionda təhlükəsizlik sisteminin möhkəmlənməsi üçün Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu çox əhəmiyyətlidir. Bu kəmər Azərbaycana böyük imkanlar yaradacaq, ölkə xəzinəsinə böyük vəsait gətirəcəkdir. Eyni zamanda, bölgədə, Azərbaycanda sülhün və təhlükəsizliyin təmin olunmasını təmin edəcəkdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin və Milli Qvardiyanın formalaşmasında və möhkəmlənməsində Heydər Əliyevin çox böyük rolu olmuşdur. Məhz 1990-cı illərin ortalarından başlayaraq, həm maddi-texniki baza gücləndi, eyni zamanda, qvardiyaçıların hazırlıq səviyyəsi yüksəldi. Bu gün Azərbaycanda qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirən çox güclü Milli Qvardiya vardır.

Azərbaycanda ordu quruculuğu prosesi də sürətlə gedir. Bu istiqamətdə də atılan addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənir. İldən-ilə artan hərbi büdcəmiz bizə imkan verir ki, ordu potensialımızı ən yüksək səviyyədə saxlaya bilək. 2004-cü ildə ordunun büdcəsi 175 milyon dollar, 2005-ci ildə 300 milyon dollar olmuşdur. 2006-cı ildə isə 600 milyon dollara çatacaqdır. Bu, orduya, ordu quruculuğuna göstərilən qayğının əyani sübutudur. Biz ordu potensialımızı gücləndirməliyik, onun maddi-texniki bazasını möhkəmləndirməliyik və orduda xidmət edən bütün insanların hazırlıq səviyyəsini də yüksəltməliyik. Bu istiqamətlərdə görülən işlər çox müsbətdir. Bunun təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Biz bu siyasəti uğurla davam etdiririk və ölkəmizin qarşısında duran bütün vəzifələri ləyaqətlə yerinə yetiririk.

Azərbaycanda çox böyük imkanlar var, çox böyük sərvətlər var, milli sərvətlər var, təbii ehtiyatlar var. Bildiyiniz kimi, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış yeni neft strategiyası Azərbaycanda böyük dəyişikliklərə gətirib çıxardı. Ölkəmizin dinamik inkişafı, iqtisadi artımın yüksək sürəti, insanlarımızın həyat səviyyəsinin yaxşılaşması, maaşların, pensiyaların, digər sosial müavinətlərin artırılması o illərdə həyata keçirilməyə başlanmış neft strategiyasının nəticələri ilə bağlıdır.

Əlbəttə, ölkəmizin iqtisadi inkişafı üçün, Azərbaycanda siyasi proseslərin normal istiqamətdə inkişafı üçün, regionda təhlükəsizlik sisteminin möhkəmlənməsi üçün Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu çox əhəmiyyətlidir. Bu kəmər Azərbaycana böyük imkanlar yaradacaq, ölkə xəzinəsinə böyük vəsait gətirəcəkdir. Eyni zamanda, bölgədə, Azərbaycanda sülhü və təhlükəsizliyi təmin edəcəkdir.

Bu baxımdan Milli Qvardiyanın üzərinə çox böyük məsuliyyət düşür. Xüsusi Dövlət Mühafizə Xidmətinin üzərinə böyük vəzifələr düşür. Deyə bilərəm ki, Azərbaycanın neftini dünya bazarlarına çıxaran bütün neft kəmərləri lazımi səviyyədə qorunur və onların təhlükəsizliyini biz özümüz təmin edirik. Uzun illər ərzində biz özümüz buna nail olmuşuq. Əminəm ki, gələcəkdə də bu kəmərlərin təhlükəsiz vəziyyətdə işləməsi təmin olunacaqdır. Bunu etmək üçün lazımi avadanlıq, texnika alınıbdır. Bütövlükdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazası da güclənibdir. Mənə nə vaxt müraciət olunursa, həmişə bütün müraciətlərə müsbət reaksiya verirəm və verilən göstərişlər, qəbul edilmiş qərarlar Milli Qvardiyanın və Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazasının möhkəmlənməsi üçün çox müsbət rol oynayır.

Əlbəttə, bunu etmək üçün iqtisadi potensialın möhkəmlənməsi, Azərbaycanda sabitliyin qorunub saxlanılması, ictimai asayişin qorunması çox mühüm rol oynayır. Bu istiqamətdə böyük işlər görülür və Milli Qvardiyanın bu işdə rolu çox böyükdür.

Azərbaycan tarixinin ən çətin anlarında, 1994-95-ci illərdə Milli Qvardiya ulu öndər Heydər Əliyevi qorudu, onun mühafizəsini təmin etdi və beləliklə, Azərbaycan dövlətinin müstəqilliyini qorudu. Çünki əgər Heydər Əliyev olmasaydı, o vaxt Azərbaycana rəhbərlik etməsəydi, Azərbaycanın müstəqil ölkə kimi yaşaması sual altında olardı. Bu gün isə mən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Prezidenti Milli Qvardiya, xüsusi xidmət tərəfindən qorunuram. Mənim təhlükəsizliyim təmin olunur və beləliklə, Azərbaycanda sabitlik qorunur.

Mən şübhə etmirəm ki, qəbul olunmuş bütün qərarlar, müəyyən edilmiş məqsədlər yerinə yetiriləcəkdir. Azərbaycan çox sürətlə inkişaf edir, çox böyük perspektivlərimiz vardır. Ancaq ölkəmizin xoşbəxt gələcəyi bizim hamımızdan asılıdır. Biz hamımız, hərə öz yerində çalışmalıyıq ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə öz töhfəmizi verək.

Milli Qvardiyanın və xüsusi xidmətin sosial məsələləri də öz həllini tapır. Bu məsələlərə böyük diqqət göstərilir, maaşlar artırılır, maddi-texniki bazası möhkəmlənir, eyni zamanda əməkdaşların məişət problemləri də həll edilir. Bu, belə də olmalıdır. Azərbaycan inkişaf edir, ölkəmizdə böyük işlər görülür və hər bir vətəndaş, xüsusilə hərbi xidmətdə olan hər bir insan yaxşı yaşamalıdır. Onun məişət problemləri olmamalıdır, yaxşı maaş almalıdır və ləyaqətlə xidmət etməlidir. Mən əminəm, ölkəmizdə gedən quruculuq işləri, inkişaf dinamikası imkan verəcək ki, qarşıda duran bütün məqsədlərə nail olaq və ölkəmizi hərtərəfli möhkəmləndirək, gücləndirək. İqtisadi inkişaf, sosial ədalət, siyasi proseslərin normal məcrada inkişaf etməsi və sabitliyin, əmin-amanlığın, ölkəmizin təhlükəsizliyinin qorunması qarşımızda duran ən başlıca məsələlərdir.

Azərbaycan zəngin, qüdrətli ölkəyə çevriləcəkdir. İndiki zəmanədə dünyada yeni təhlükələr yaranır, yeni çağırışlar meydana çıxır. Dünyada gedən proseslər bəzi hallarda çox acı nəticələrlə sonuclanır. Müxtəlif ölkələrdə dəhşətli terror aktları baş verir. Bizim sərhədlərimizdən o qədər də uzaq olmayan yerlərdə, demək olar ki, mütəmadi qaydada terror aktları törədilir. Azərbaycan sabitlik məkanıdır. Azərbaycan təhlükəsizlik məkanıdır. Biz bu sabitliyi qorumalıyıq və qoruyuruq. Bizim buna imkanlarımız çatır. İlk növbədə, Azərbaycan xalqının vətənpərvərliyi, Azərbaycan hərbçilərinin və hüquq mühafizə orqanlarının normal işləməsi, Azərbaycanda mümkün ola biləcək xoşagəlməz halların aradan qaldırılması üçün görülən operativ tədbirlər, eyni zamanda, texniki tədbirlər və digər tədbirlər imkan verir ki, biz Azərbaycanda bu sülhü, sabitliyi saxlayaq və bundan sonra da saxlayacağıq.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında bütün dövrlərdə, 1970-ci illərdə Azərbaycanda rəhbər işlədiyi dövrdə də çox böyük xidmətləri olubdur. 1990-cı illərdə Respublika Prezidenti kimi Azərbaycanın sürətli inkişafını təmin edən, Azərbaycanı dünya birliyinə layiqli üzv edən ümummilli liderin bütün həyatı xalqa xidmət etməkdən ibarət idi. Ancaq görülən bütün işlərin arasında ən mühümlərindən biri odur ki, Azərbaycanda sabitlik, əmin-amanlıq, sülh yarandı. Azərbaycanda qüdrətli ordu yarandı və bu ordu, bütün hərbçilər qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir.

Əziz dostlar!

Əziz əsgərlər, zabitlər, generallar!

Əziz qvardiyaçılar!

Mən sizi bir daha ürəkdən salamlayıram və Vətən naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Sağ olun.

(Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik

Şəhid Elvin Məmmədovun ildönümündə xatirəsi anılıb

“Sabah” basketbol klubunun baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq

Azərbaycanın tamblinq üzrə yığma komandası Parisdə keçirilən turnirdə qızıl medal qazanıb

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub

Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub

Gənc rəssam: Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır

Türkiyə Superliqası: “Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib

Xabir Xabibullin: Azərbaycanda kəmər güləşi üzrə Avropa çempionatının yüksək səviyyədə keçiriləcəyinə inanıram

Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib

Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO