Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

XXI əsrin əsas çağırışlarından biri “Big Data”

XXI əsrin əsas çağırışlarından biri “Big Data”

Bakı, 10 iyul, AZƏRTAC 

İnformasiya texnologiyalarının yaranması ötən əsrin 60-cı illərinə təsadüf edir. İnternetin inkişafı, yeni-yeni proqram və sistemlərin yaradılması, qloballaşma XX əsrin 90-cı illərindən etibarən informasiya texnologiyalarının inkişafının daha sürətlə getməsini göstərir.

İnformatika, eləcə də informasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlib və gündəlik həyatımıza daxil olub. Bunlara nümunə olaraq infokommunikasiya, informasiyalaşma, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, bilik bazası, spam, provayder, host, XML, HTTP və s. göstərmək olar. Bu terminlərdən biri də “Big Data”dır.

“Big Data” anlayışı və mahiyyəti

Son illərdə daha fəal surətdə leksikonumuza daxil olan “Big Data” termini ilk dəfə 1998-ci ildə “Silicon Graphics” şirkətinin kompüter elmləri üzrə mütəxəssisi Con Meşi tərəfindən istifadə edilib. Bu terminə bir qədər sonra, yəni 2000-ci ildə Francis Dieboldun akademik mühitdə dərc olunan tədqiqatında rast gəlinir. Lakin termin 100 ildən çox tarixə malik həftəlik “Nature” jurnalının 2008-ci il sentyabr ayının “Big Data” mövzusuna həsr olunmuş xüsusi nömrəsində professor Klifford Linçin “Böyük verilənlər. Sizin verilənlər necə böyüyür?” mövzusunda məqaləsi ilə populyarlıq qazanıb. Belə ki, məqalədə “böyük verilənlərlə işləmək imkanları yaradan texnologiyalar elmin gələcəyinə necə təsir edə bilər?” sualının cavabı araşdırılıb, verilənlərin elmdə, xüsusilə elektron elmdə rolundan bəhs edilib. Bu sahəyə maraq isə 2011-ci ildən artıb. 

Hazırda böyük verilənlərin həcmi 1 terabaytdan başlayaraq daha böyükhəcmli verilənlər hesab olunur.

“Big Data”nın mahiyyətini izah edən müxtəlif təriflər mövcuddur. Razılaşdırılmış tərifin olmaması “Big Data” fenomeninin anlaşılmasında qeyri-müəyyənlik yaradır. Böyük verilənlər dedikdə, çox böyük, sürətli və emal üçün çox mürəkkəb verilənlər başa düşülür. ABŞ-ın “Forrester Consulting” şirkəti bu texnologiyanın mahiyyətini “Big Data” özündə çox böyük həcmdə verilənlərdən məzmun çıxaran texnika və texnologiyaları birləşdirir” kimi formalizə edir. Kaliforniyanın Berkli Universitetinin kompüter elmləri üzrə professoru Maykl Franklinə görə: “böyük verilənlər (BV)– onlarla işləmək üçün böyük xərc tələb edən və çətinliklə informasiya əldə edilən verilənlərdir”. ABŞ-ın Milli Standartlaşma və Texnologiyalar İnstitutu isə iddia edir ki, BV dedikdə “həcmi mövcud üsul və sistemlərin imkanlarını ötüb keçən verilənlər” təsəvvür edilir. “Böyük” məfhumu mövcud hesablama səviyyəsinə görə nisbidir.

“Big Data” mənbələri

Son onillikdə informasiyaya əlyetərliyin asanlaşması və kommunikasiya vasitələrinin çoxalması nəticəsində hər il rəqəmsal informasiyanın həcmi həndəsi silsilə ilə artır. Statistikaya görə, bəşəriyyətin mövcudluğundan 2003-cü ilə qədərki dövrdə dünyada cəmi 5 ekzabayt məlumat generasiya olunub. 2012-ci ildə rəqəmsal informasiyanın həcmi 500 dəfə artaraq 2.7 zetabayt olub. Dünyada informasiyanın həcminin 2020-ci ildə 44 zetabayta çatacağı proqnozlaşdırılır. Bu da planetin hər sakininə düşən 5200 geqabayt informasiya deməkdir. ABŞ-ın “International Business Machines” şirkətinin məlumatına görə, dünyada hər gün 2.5 trilyon bayt məlumat hazırlanır. Həmçinin hər dəqiqədə 100 milyon e-mail göndərilir, “Google” axtarış sistemində 2 milyon axtarış sorğusu, “Facebook” sosial şəbəkəsində 350 geqabayt məlumat emal olunur. Bununla yanaşı, 570-dən çox veb-sayt yaradılır, “YouTube” internet-servisinə hər dəqiqə 72 saatlıq yeni video yüklənir və s. Bu rəqəmlər həqiqətən də verilənlərin həcminin çox böyük olduğunu bir daha sübut edir.

BV-nin əsas mənbələrini elmi eksperimentlər, sensor və sosial şəbəkələr, dövlət qurumlarının agentlikləri və portalları, iqlim haqqında məlumat ötürücüləri, nəqliyyatın intellektual idarə edilməsi sistemləri, GPS siqnalları, GIS sistemlər, böyük şirkətlərin bazaları, elektron poçt, smartfonlar vasitəsilə alınmış rəqəmsal foto və videolar, böyük satış mərkəzləri, bank əməliyyatları və s. təşkil edir. Bir sözlə, böyük verilənlərin mənbələri hədsiz dərəcədə çoxdur. Verilənlərin potensial mənbələrinin müxtəlifliyi artdıqca qismən strukturlaşdırılmış və strukturlaşdırılmamış verilənlərin həcmi də artır. BV-nin mənbələri əsasən beş kateqoriyaya bölünür: veb-verilənlər və sosial media, maşınlar vasitəsilə yaradılan verilənlər, böyük tranzaksiya verilənləri, elmi verilənlər, insanların yaratdığı verilənlər.

“Big Data” texnologiyalarının yaranmasını şərtləndirən əsas amillər

“Big Data” texnologiyaları verilənlərin həcminin çox böyük sürətlə artması nəticəsində “informasiya partlayışı” fazasının yaranması ilə əlaqədardır. İnformasiyanın həddindən artıq çoxalması informasiya yükü problemi yaradır. Bu gün “informasiya partlayışı”nın xarakterik nümunələri çoxdur. Biznes strukturlarında biznes-proseslərin informasiyalaşdırılması elmi təşkilatlarda ölçmələrin aparılmasında yeni imkanların yaranması, dövlət qurumlarında, həmçinin ictimai kommunikasiya şəbəkələrində xidmətlərin sayının və funksionallığının artması ilə bağlıdır. Sürətlə artan verilənlərin öhdəsindən gəlmək məqsədilə informasiya texnologiyaları sahəsinin nəhənglərindən olan “Google” şirkəti tərəfindən “File System Google” və “MapReduce” proqram-aparat platforma yaradılıb. Bunun əsasında açıqkodlu “Apache Hadoop” və “Hadoop File System” proqram təminatları işlənib və bununla da BV texnologiyalarının əsası qoyulub.

Böyük verilənlər artıq ABŞ və bir sıra qərb dövlətlərində elmi ictimaiyyət, biznes cəmiyyətləri, hökumət strukturları tərəfindən neft qədər strateji resurs kimi dəyərləndirilir, bu sahədəki problemlərə çox böyük önəm verilir. Onu demək kifayətdir ki, ABŞ-ın Prezident Administrasiyası 2012-ci ilin martında BV sahəsində “Böyük verilənlərin tədqiqi və inkişafı” təşəbbüsünü elan edib. Təşəbbüs çərçivəsində böyük verilənlər texnologiyalarının ABŞ dövlət siyasətinin aparıcı istiqamətlərində istifadəsi üçün kompleks tədbirlərin keçirilməsi layihələrin işlənməsi nəzərdə tutulub, böyükhəcmli rəqəmsal verilənlərin təşkili və analizi üçün aidiyyəti dövlət agentliklərinə 200 milyon dollar həcmində vəsait ayrılıb. 2013-cü ildə Yaponiya hökuməti BV üzrə milli proqramın işlənməsini dərc edib, Avstraliya “Public Service Big Data Strategy” strategiyasını qəbul edib. Böyük Britaniya, Almaniya, Çin və digər dövlətlərdə də böyük verilənlər strateji əhəmiyyətli vacib resurs kimi dəyərləndirilməkdədir.

Hazırda böyük verilənlər mövzusu istər biznes sahəsində, istərsə də elmi mühitdə son dərəcə məşhurdur. Nüfuzlu beynəlxalq təşkilatlar, elmi qurumlar tərəfindən çox böyük həcmdə informasiyanın emalının müxtəlif aspektlərinə həsr olunmuş çoxsaylı konfranslar, simpoziumlar, seminarlar, forumlar keçirilməkdədir. Müzakirə və tədqiq olunan əsas mövzular: böyük verilənlərin arxitekturası, idarə edilməsi modelləşdirilməsi, analitikası, alətləri, açıq platformalar, “Big Data” xidmət kimi biznesin səmərəli idarə edilməsi, elektron dövlətdə və cəmiyyətdə böyük verilənlərin analitikası, vizuallaşdırma, təhlükəsizlik, böyük verilənlər üçün alqoritmlər və s.

“Nature”, “Science”, “Computer” və s. kimi bir çox nüfuzlu elmi jurnalların xüsusi nömrələri bu mövzuya həsr olunub. Son illərdə işıq üzü görmüş böyük verilənlərin elmi-nəzəri problemlərini işıqlandıran “Journal of Big Data”, “International Journal of Big Data”, “International Journal of Big Data Intelligence”, “Big Data Research”, “Big Data & Society” və s. kimi akademik jurnalların nəşri isə bir daha bu sahədəki problemlərin nə qədər aktual olmasından xəbər verir.

Azərbaycanda “Big Data” üzrə aparılan tədqiqatlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimovanın sözlərinə görə, Azərbaycan informasiya kommunikasiya texnologiyalarının (İKT) dövlət idarəçiliyində hərtərəfli tətbiqi sahəsində yüksək mövqe tutan ölkələrdəndir: “Azərbaycanda XXI əsrin əsas çağırışlarından olan “Big Data” üzrə ilkin tədqiqatlar 2014-cü ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi altında aparılıb. İnstitutda böyük verilənlərin analizi ilə bağlı çoxsaylı metod və alqoritmlər işlənilib. Bu sahədə araşdırmalar uğurla davam etdirilir. Hazırda bəzi fəaliyyət sahələrində həmin texnologiyadan istifadəyə artıq start verilib. Regionda “bulud” texnologiyası əsasında yaradılmış ilk Data Mərkəz artıq istismara hazırdır. Data Mərkəzin istifadəyə verilməsi ölkədə “Elektron Hökumət”in genişlənməsinə, həm dövlət, həm də qeyri-dövlət orqanlarının informasiya məlumatlarının saxlanılmasına imkan verəcək.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda böyükhəcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri üzrə elmi tədqiqatlar aparılır. Eyni zamanda, institutda AMEA-nın elmi müəssisələrinin 4000-ə yaxın kompüteri qoşulmuş “AzScienceNet” şəbəkəsinin böyük yaddaş və hesablama resurslarına malik Data Mərkəzi fəaliyyət göstərir. Mərkəzin hesablama gücü 17 teraflops, xarici yaddaşının həcmi 400 terabaytdır. Böyük verilənlər üçün əsas infrastruktur elementlərindən hesab olunan bu mərkəz istifadəçilərə böyük hesablama resursları tələb edən mürəkkəb elmi məsələlərin həlli üçün “bulud” xidmətləri, AMEA-nın institut və təşkilatlarına məlumatların saxlanılması üçün yaddaş resursları təqdim edir”.

Ümumiyyətlə, Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi 2017-ci ildə ADA Universitetində fəaliyyətə başlayıb.

Beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələr tərəfindən bu sahədə müxtəlif istiqamətlər üzrə bir sıra sənədlər qəbul edilib. İKT sektorunun inkişaf səviyyəsinə, İnternet və mobil istifadəçilərin sayına görə MDB məkanında üstünlüyə malik olan, regionda dayanıqlı iqtisadi inkişafı ilə seçilən Azərbaycanın gələcəkdə siyasətinin formalaşdırılması, rəqabət qabiliyyətini qoruması üçün “Big Data” texnologiyalarından istifadə və bu istiqamətdə qabaqcıl ölkələrin təcrübələrini öyrənmək və onlardan bəhrələnmək olduqca vacibdir. Eyni zamanda, ölkədə “Big Data” texnologiyalarının tətbiqinin prioritet sahələrinin müəyyənləşdirilməsi, ölkənin milli “Big Data” strategiyasının hazırlanması, elektron infrastrukturun, açıq verilənlər şəbəkəsinin yaradılması və dövlət tərəfindən dəstəklənməsi, verilənlər üzrə mütəxəssis yetişdirilməsi və “Big Data” texnologiyalarının tətbiqi ilə əlaqədar hüquqi sənədlərin qəbul edilməsi zəruri məsələlərdir.

Ziyadxan Həsənov,

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək